Siyasət
Pleyeri seçin:

Paşinyan mütləq Azərbaycana gəlsin və... | Dünya liderləri hərəkətə keçdi

03 sentyabr 2024

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün əsas maneə artıq aradan qalxıb, Qarabağ məsələsi bütünlüklə həll olunub. Ermənistanın Baş naziri isə sülh prosesini pozur”.

Bunu rusiyalı politoloq Sergey Markov Nikol Paşinyanın konstitusiyalar arasında paralellik aparmaq cəhdlərinə münasibət bildirərkən deyib.

O bildirib ki, Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş bütün rayonlar üzərində nəzarəti bərpa edib:

“Ermənistanın Baş naziri isə sülh müqaviləsinin imzalanmasına mane olur. Bir çox ölkələrin liderləri Nikol Paşinyana deyirlər ki, COP29 tədbiri zamanı Azərbaycana gəlsin və hər kəsin gözü önündə sülh müqaviləsi imzalansın. Amma o buna razılıq vermir, münasibətləri gərginləşdirir.

Aydın şərtlər var: bizə lazımdır ki, Ermənistan Konstitusiyasında bu ölkənin Qarabağla bağlı Azərbaycana qarşı ərazi iddialarının izi belə qalmasın. Amma o, Konstitusiyaya dəyişikliklər etməmək qərarına gəlib və dəyişiklikləri 2027-ci ilə təxirə salıb. Bu isə Ermənistan tərəfdən sülh müqaviləsinin imzalanmaması üçün təxribatdır”.

“Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupu yaradılmışdı. Qarabağ problemi həllini tapıb. ATƏT-in Minsk qrupu artıq mövcud deyil. O, siyasi meyitdir, halbuki özünü hələ də diri göstərməyə çalışır.

Minsk qrupu Qarabağ münaqişəsinin həll yolunun tapılmasına yönələn addımlara süni əngəllər yaratmaqla məşğul olub və Azərbaycanı birbaşa hərbi yolla öz ərazilərində nəzarəti bərpa etməyə məcbur edib”, – rusiyalı politoloq əlavə edib.

Qeyd edək ki, ötən günlərdə media qarşısına çıxan Ermənistanın Baş naziri Nikol Paşinyan Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu sessiyasında iştirakının həmin dövrdə formalaşacaq vəziyyətlə əlaqəli olacağını bildirib. O, hələ də bu barədə yekun qərar vermədiyini sözlərinə əlavə edib.

Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Siyasət
22 noyabr 2024
Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Siyasət
22 noyabr 2024
COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

Siyasət
22 noyabr 2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul etdi

İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul etdi

Siyasət
22 noyabr 2024
COP29-da dünya tarixinə damğa vuracaq qərar veriləcək? - BAKU AKTUAL

COP29-da dünya tarixinə damğa vuracaq qərar veriləcək? - BAKU AKTUAL

Siyasət
22 noyabr 2024
Stiven Kornelius COP29-da həyəcan təbili çaldı | Həyatımız təhlükə altında olacaq

Stiven Kornelius COP29-da həyəcan təbili çaldı | Həyatımız təhlükə altında olacaq

Siyasət
22 noyabr 2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib

İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib

Siyasət
22 noyabr 2024
COP29-dakı maliyyə hədəflərində son vəziyyət | Nələr müzakirə olunur?

COP29-dakı maliyyə hədəflərində son vəziyyət | Nələr müzakirə olunur?

Siyasət
22 noyabr 2024
Putindən Qərbə xəbərdarlıq | 3-cü Dünya müharibəsi təhlükəsi | Livan atəş altında - SALAM BAKU

Putindən Qərbə xəbərdarlıq | 3-cü Dünya müharibəsi təhlükəsi | Livan atəş altında - SALAM BAKU

Siyasət
22 noyabr 2024
Mavi və yaşıl zonada mühüm tədbirlər keçiriləcək | COP29-un 12-ci günü

Mavi və yaşıl zonada mühüm tədbirlər keçiriləcək | COP29-un 12-ci günü

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon