Siyasət
Pleyeri seçin:
Paşinyan Rusiya Baş nazirinin müavini ilə görüşdü
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Rusiya Baş nazirinin müavini Aleksey Overçukla görüşüb.
Məlumata görə, tərəflər regionda nəqliyyat və iqtisadi kommunikasiyaların açılması və dəmir yolu əlaqəsinin bərpası məsələlərini müzakirə ediblər. Bildirilib ki, görüşdə həmçinin Ermənistan-Rusiya münasibətlərinin gündəliyi üzrə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Aleksey Overçuk Ermənistanın Baş naziri ilə görüşdən əvvəl erməni həmkarı Mqer Qriqoryanla da danışıqlar aparıb.
Kopyalandı
Seçilmişlər