Siyasət
Pleyeri seçin:

Paşinyan Zelenskinin yolu ilə gedir | Ermənistanı məhvə aparan açıqlama

04 mart 2024

"Avropanın Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq cəhdləri hər gün daha da sürətlənir, çünki Nikol Paşinyan və komandası bu layihədə fəal iştirak edir. Avropalılarla hər rəsmi görüşdən sonra onun ritorikası daha dağıdıcı və təhlükəli olur. Bu, təbii ki, Ermənistan üçün nəticəsiz qalmayacaq".

Bu barədə erməni şərhçi Naira Vanyan yazıb.

Erməni şərhçinin fikrincə, Paşinyan Ermənistanı yeni müharibəyə sürükləyir, geosiyasi güclərin davasına qatır:

"Paşinyan Zelenskinin yolu ilə gedir, Ermənistanı isə ukraynalılaşdırır. Lakin əgər Ukrayna coğrafi mövqeyinə görə Rusiya ilə müharibədə Avropadan silah almaq imkanına malikdirsə, o silahlar Ermənistana necə çatacaq? Çünki iki qonşumuz (Türkiyə və Azərbaycan) düşməndir, digər qonşumuz İranla münasibətlər gərginləşib, Gürcüstan isə Bakı və Ankara ilə işləyir".

N.Vanyan sual verir: Ermənistan Azərbaycan və Türkiyə ilə hərbi qarşıdurmaya girərsə, Avropa Ermənistana silah göndərmək istəyəcəkmi?

"Birmənalı olaraq yox, çünki Avropa Ermənistanı Türkiyəyə hədiyyə edir. Türkiyə Avropanın bu bölgədəki rəsmi nümayəndəsidir. Antalya Diplomatiya Forumunda Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın dedikləri də bunu təsdiqlədi. Əslində Klaar artıq Rusiyanın regiondan çıxarılması vəzifəsini tamamlanmış hesab edir və onun yerinə Türkiyənin regionda əsas oyunçu olduğunu açıqlayır. Yəni Ermənistan Türkiyə-Azərbaycan tandemi qarşısında tək qalır. Bu isə o deməkdir ki, Ermənistan bir dövlət olaraq məhv olacaq və Ermənistan ərazisi Böyük Turan yoluna çevriləcək", – erməni şərhçi qeyd edib.

İlham Əliyev baş verən faciəyə görə Almaniya Prezidentinə başsağlığı məktubu ünvanladı

İlham Əliyev baş verən faciəyə görə Almaniya Prezidentinə başsağlığı məktubu ünvanladı

Siyasət
21 dekabr 2024
Sülhün şərtləri necə qoyulacaq? | Markedonov İlham Əliyevin müsahibəsini şərh etdi

Sülhün şərtləri necə qoyulacaq? | Markedonov İlham Əliyevin müsahibəsini şərh etdi

Siyasət
21 dekabr 2024
Hakan Fidan Annalena Berbokla nələri müzakirə etdi?

Hakan Fidan Annalena Berbokla nələri müzakirə etdi?

Siyasət
21 dekabr 2024
İlham Əliyev Əbdülfəttah əs-Sisini təbrik etdi

İlham Əliyev Əbdülfəttah əs-Sisini təbrik etdi

Siyasət
21 dekabr 2024
Azərbaycan İslam dünyasının nəhəngləri arasında | Mühüm tarixi qərar

Azərbaycan İslam dünyasının nəhəngləri arasında | Mühüm tarixi qərar

Siyasət
21 dekabr 2024
İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür məktubu göndərib

İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür məktubu göndərib

Siyasət
21 dekabr 2024
İlham Əliyev Azərbaycanın D-8 təşkilatının üzvü seçilməsinə görə Pezeşkiana təşəkkür edib

İlham Əliyev Azərbaycanın D-8 təşkilatının üzvü seçilməsinə görə Pezeşkiana təşəkkür edib

Siyasət
21 dekabr 2024
İlham Əliyev Azərbaycanın D-8-ə üzvlüyünü dəstəklədiyinə Ərdoğana təşəkkür etdi

İlham Əliyev Azərbaycanın D-8-ə üzvlüyünü dəstəklədiyinə Ərdoğana təşəkkür etdi

Siyasət
20 dekabr 2024
Paşinyan iddialarından nə vaxt əl çəkəcək? | Sülh prosesində qəbuledilməz yanaşma

Paşinyan iddialarından nə vaxt əl çəkəcək? | Sülh prosesində qəbuledilməz yanaşma

Siyasət
20 dekabr 2024
Fransa növbəti dəfə ermənilərə qucaq açdı | Maraqlı məqamlar üzə çıxdı

Fransa növbəti dəfə ermənilərə qucaq açdı | Maraqlı məqamlar üzə çıxdı

Siyasət
20 dekabr 2024
Seçilmişlər
icon