Paşinyandan Cənubi Qafqazla bağlı vacib açıqlamalar
“Qlobal və regional vəziyyəti analiz etdikdən sonra Ermənistan və Azərbaycan bəlkə də ümumi maraqların mövcudluğunu görməyə başlayıb, xüsusilə də Cənubi Qafqaz ölkələrinin talelərinin bir-biri ilə bağlı olduğunu anlayıblar. Bu, onilliklər boyu davam edən düşmənçilikdən sonra daha aydın görünür”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, Azərbaycanla bu mövzuda razılığa gəlmək məsələsini hələ müzakirə etməyib:
“Bəlkə, artıq başa düşməyə başlayırıq ki, ümumi maraqlar üçün ortaq razılaşma mümkündür, xüsusilə müstəqillik, suverenlik və dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından. Tarix göstərib ki, bu bizim üçün faydalıdır. Məsələn, XX əsrin əvvəllərində biz müstəqilliyi birlikdə, üç gün ərzində əldə etmişik.
1918-ci ildə müstəqilliyimizi qazandıq və bir neçə il sonra həm Azərbaycan, həm Ermənistan, həm də Gürcüstan müstəqilliyini itirdi. 1991-ci ildə müstəqilliyimizi eyni zamanda yenidən qazandıq və müəyyən müddətdən sonra başa düşdük ki, bəlkə, ümumi təhlükə mövcuddur. Buna görə də dövlətçiliyimizin inkişafı, müstəqilliyimiz və suverenliyimizin qorunmasına diqqət yetirməyə qərar verdik. Fikrimcə, bu, çox vacib faktordur”.
#Nikol Paşinyan teqi istifadə olunub
- Putin-Uitkoff görüşünün detalları | Kimlər pensiyaya daha tez çıxa bilər? - YENİ BİR SƏHƏR
- "Sülh prosesində irəliləyiş turizmin inkişafına töhfə verib" | Paşinyandan açıqlama - Baku TV
- Sarkisyanın Putinə məktubu niyə indi ortaya çıxdı? - Baku TV
- Rəsmi Moskva Sarkisyanın Putinə yazdığı məktubun dərc edilməsinə münasibət bildirdi - Baku TV CANLI
- Türkiyə-Ermənistan sərhədi açılacaq? | Hərbçilərimiz təlimdə | Paşinyan od püskürdü - YENİ BİR SƏHƏR
