Paşinyanın Rusiya səfərinin arxasında nə dayanır?
KTMT-nin sammitlərini boykot edən, Rusiyaya Ermənistanın daxili işlərinə qarışmamağı tövsiyə edən, Moskvaya etiraz notası göndərən rəsmi İrəvan indi Baş nazir səviyyəsində Altayda ekoloji konfransda təmsil olunur.
Görəsən, strateji müdafiə masasını ekodialoqa dəyişmək istəyi nədən yaranıb? Baş nazirin Rusiya səfərinin arxasında nə dayanır?
Politoloq Aydın Quliyev bildirir ki, Ermənistan Avropa və NATO ilə əməkdaşlıqda maraqlı olsa da, hazırda iqtisadi cəhətdən Moskvadan asılı vəziyyətdədir:
“Ermənistanın iqtisadi tələbatlarını Qərbin resursları hesabına qarşılamaq imkanları çox məhduddur. Altaydakı tədbirdə iştirakı ilə rəsmi İrəvan həm də dünyaya bu mesajı vermək istəyir ki, COP17 konfransının Ermənistanda keçirilməsi ölkənin siyasət kursuna tam uyğundur. Ermənistan bu tədbirə ciddi şəkildə hazırlaşır. Altaydakı konfransa böyük həvəs və siyasi iradə ilə qatılması da dövlət olaraq yeni iqlim gündəliyinə sadiqliyini göstərmək məqsədi daşıyır”.
Analitiklər onu da əlavə edirlər ki, Ermənistan ərazi iddialarına son qoyarsa, Türkiyə və Azərbaycanla münasibətlərini inkişaf etdirərsə, Rusiyadan iqtisadi asılılığını azaltmaq üçün şans qazanacaq. Əks halda, Ermənistan-Rusiya təmasları iki ölkənin münasibətlərinin ənənəvi siyasi kursunu müzakirə etməkdən uzağa getməyəcək.
#Ermənistan teqi istifadə olunub
- Ermənistanın siyasi gələcəyi sınaqda: Paşinyan tarixi məsuliyyətdən yayınır? - AKTUAL GÜNDƏM
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Paşinyan və Japarov arasındakı görüşdə nələr müzakirə olundu? - Baku TV CANLI
- Ermənistanın törətdiyi növbəti terrordan altı il ötür - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
