Siyasət
Pleyeri seçin:

Paşinyanın Zəngəzur dəhlizi hiyləsi

17 yanvar 2024

Prezident İlham Əliyev yerli kanallara sonuncu müsahibəsində Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycanın şərtlərini açıq-aydın bəyan etdi.

Dövlət başçısının çıxışından bir neçə gün sonra Ermənistanın Baş naziri Nikol Paşinyan ənənəsinə sadiq qalaraq sərsəm açıqlamalarla gündəmə gəldi. İddia elədi ki, guya, üçtərəfli bəyannamədə Zəngəzur dəhlizi ilə bağlı heç bir bənd və Rusiyanın Ermənistanın hansısa ərazisində kommunikasiyaların təhlükəsizliyini təmin etməsi ilə bağlı heç yerdə qeyd yoxdur.

Paşinyanın bu fikirlərini şərh edən rusiyalı ekspertlər bildirirlər ki, Ermənistan Zəngəzur dəhlizinin açılması məsələsini 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyatanla öhdəlik kimi üzərinə götürüb.

Rusiyalı politoloq Sergey Markov bildirib ki, Paşinyanın Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınmaq cəhdləri Ermənistanın Azərbaycana qarşı davamlı düşmənçiliyinin bariz təzahürüdür:

“Bu yolla Ermənistan Rusiyaya qarşı da düşmənçiliyini ortaya qoyur. Çünki Soçi razılaşmasında qeyd olunub ki, nəqliyyat və dəmir yolu hərəkətinə nəzarət baxımından bu dəhlizin təhlükəsizlik funksiyalarını Rusiya sərhədçiləri və dəmir yolu şirkətləri yerinə yetirir. Biz təklif edirik ki, Azərbaycan vətəndaşları Ermənistana heç bir sənəd göstərmədən Zəngəzur dəhlizi ilə Azərbaycanın bir bölgəsindən digər bölgəsinə getsinlər. Ermənistan isə bu prosesi ləngitmək istəyir.

Belə görünür ki, dəhliz açılsa belə, onlar bunu ruslarla deyil, Fransa ilə həyata keçirəcəklər. Lakin mən düşünmürəm ki, Azərbaycan buna icazə verəcək. Fransa açıq şəkildə ermənipərəst mövqeyini ortaya qoyur. Ermənistan yenidən danışıqlar masasına oturmalı və Zəngəzur dəhlizinin açılması ilə bağlı hər iki tərəfi qane edən danışıqlar aparmalıdır”.

Ekspertlər onu da bildiriblər ki, Ermənistan artıq uduzub. O üzdən də götürüdükləri öhdəlikləri, o cümlədən də Zəngəzur dəhlizinin açılması məsələsini yerinə yetirməlidir. Bu dəhlizin açılması isə bütün region ölkələri üçün çox böyük iqtisadi əhəmiyyət daşıyacaq.

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

Siyasət
22 noyabr 2024
Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Siyasət
22 noyabr 2024
Aİ “müşahidəçi”lərinin sərhəddəki fəaliyyəti ifşa edildi | Anbaan görüntülər yayıldı

Aİ “müşahidəçi”lərinin sərhəddəki fəaliyyəti ifşa edildi | Anbaan görüntülər yayıldı

Siyasət
22 noyabr 2024
Almaniya XİN başçısı COP29-da emissiyaların azaldılmasının önəmini vurğuladı

Almaniya XİN başçısı COP29-da emissiyaların azaldılmasının önəmini vurğuladı

Siyasət
22 noyabr 2024
İlham Əliyev ədliyyə naziri Fərid Əhmədovla bağlı sərəncam imzaladı

İlham Əliyev ədliyyə naziri Fərid Əhmədovla bağlı sərəncam imzaladı

Siyasət
22 noyabr 2024
COP29 sədrliyindən vacib bəyanat | Əsas hədəflə bağlı hansı irəliləyişlər var?

COP29 sədrliyindən vacib bəyanat | Əsas hədəflə bağlı hansı irəliləyişlər var?

Siyasət
22 noyabr 2024
Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Siyasət
22 noyabr 2024
Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Siyasət
22 noyabr 2024
COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon