Siyasət
Pleyeri seçin:
Prezident Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsinin məbləğini açıqladı
“İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına bərabər olub və burada artım üçün potensial var”.
Bu sözləri Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı deyib.
“Təkcə enerji sektorunda deyil, digər sektorlarda da Azərbaycan İtaliyanın bir nömrəli neft və iki nömrəli qaz təchizatçısıdır”, – dövlət başçısı əlavə edib.
Kopyalandı
Seçilmişlər