Pleyeri seçin:
Prezident: “Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq” - Baku TV
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə iqtisadi sahədə ölkə üçün prioritet istiqamətlərdən danışıb.
Dövlət başçısı bildirib ki, əsas prioritetlərdən biri bərpaolunan enerjinin inkişafıdır. Onun sözlərinə görə, Azərbaycanda günəş və külək stansiyalarının yaradılması üçün böyük potensial var.
“Bizim məqsədimiz təbii qazdan istifadəni mümkün qədər azaltmaq, bu ehtiyatları ixrac üçün istifadə etməkdir. Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq”, – deyə Prezident İlham Əliyev bildirib.
Kopyalandı
