Putin MDB çərçivəsində qarşılıqlı fəaliyyətdən danışdı | Bu məsələlərin müzakirəsi aparılacaq
MDB çərçivəsində qarşılıqlı fəaliyyət Rusiya xarici siyasətinin əsas prioritetlərindən biridir.
Bunu Rusiya Prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasını açarkən deyib.
“Birlik ölkələri bizim ən yaxın qonşularımız, dostlarımız, strateji tərəfdaşlarımızdır. Biz təbii ki, əməkdaşlığın gücləndirilməsinə sadiqik”, – o vurğulayıb.
V.Putinin sözlərinə görə, Rusiyanın 2024-cü ildə MDB-də sədrliyi konsepsiyası məhz buna yönəlib.
“Əminəm ki, sənaye, kənd təsərrüfatı, maliyyə, infrastruktur sahələrində yeni, böyük, qarşılıqlı faydalı layihələrə başlamaq üçün hər cür imkanımız var. Biz həmçinin geniş spektrli digər aktual mövzular – ümumi təhlükəsizliyin təmin edilməsindən tutmuş mədəni və humanitar sahələrdə əməkdaşlığa qədər fikir mübadiləsi aparacağıq”.
Rusiya Prezidentinin sözlərinə görə, görüş zamanı bütün bu sahələrdə tərəfdaşlığın genişləndirilməsinə yönəlmiş konkret addımların müzakirəsi planlaşdırılır.