Siyasət
Pleyeri seçin:
Qalib ölkənin prezidenti olmaq... | İlham Əliyev jurnalistin sualını cavablandırdı
“Son dörd ildir ki, mənim həyatım tam fərqlidir”.
Bu fikirləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.
“Hamımızın həyatı fərqlidir, hamımız tamamilə başqa əhvali-ruhiyyə ilə yaşayırıq, oyanırıq, xaricə gedirik. Qalib ölkənin nümayəndəsi kimi, xüsusilə rəhbəri kimi yaşamaq, işləmək, beynəlxalq təmaslarda olmaq tamamilə fərqli hissdir.
Bu gün hər yerdə və hər sahədə gedən inkişafın təməlində məhz xoş əhvali-ruhiyyə, xoş ovqat, cəmiyyətimizin rahat yaşaması, özünə əminlik hissləri dayanır. Mən də bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır. Azərbaycan xalqı da bilir ki, mən onun arxasında dayanıram, yəni bu, xüsusi bir hissdir”, – İlham Əliyev qeyd edib.
Kopyalandı
Seçilmişlər