Siyasət
Pleyeri seçin:

Qərb bu yolla regionun işlərinə qarışmağa çalışır | Markovdan açıqlama

22 iyul 2024

ABŞ və Avropanın Cənubi Qafqazdakı geosiyasi strategiyası region ölkələrini tam asılı vəziyyətdə saxlamağa yönəlib.

Bunu “Report”a açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirib.

Politoloq qeyd edib ki, Qərb ölkələrinin tarixində dünyanın müxtəlif yerlərində milyonlarla insanın ölümünə səbəb olan müstəmləkə təcrübələrinin çoxsaylı nümunələri var:

“Bu ölkələr üçün böyük miqyasda insan itkisi mahiyyətcə əhəmiyyətli problem deyil. Onlar hər şeyə öz hegemonluğu nöqteyi-nəzərindən baxırlar. Onlar üçün sülh və ya müharibə vacib deyil. Bu sülh və ya müharibənin onların rəhbərliyi altında olması əhəmiyyətlidir”.

Ekspert vurğulayıb ki, Qərb dövlətlərinin Cənubi Qafqaz regionunda sülh yaratmaq istəyinə etibar etmək olmaz:

“Qərb sülhün onların rəhbərliyi altında olmasına çalışır. Belə sülh isə o deməkdir ki, ölkələri manipulyasiya etməyə imkan verəcək bəzi maddələr olacaq. Buna görə də prinsipcə, onların rəhbərliyi altında belə bir sülh çox sərfəli deyil. Çünki tamamilə dürüst görünmür. Bundan başqa, Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazın işlərinə qarışmağa çalışır. Özlərini danışıqlar platforması kimi göstərirlər, yəni deyirlər ki, sülh müqaviləsi bağlayaq, amma bizim rəhbərliyimiz altında”.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycanla tezliklə sülh sazişi imzalaması ən optimal yoldur:

“Azərbaycanla Ermənistan arasında sərhədin açılması bölgəyə böyük sərmayələr cəlb edəcək. İnsanların sərbəst gediş-gəlişinə, səyahətinə, eləcə də Qərbi Azərbaycandan deportasiya olunanların öz doğma yurdlarına qayıtmalarına şərait yaradacaq”.

Aİ “müşahidəçi”lərinin sərhəddəki fəaliyyəti ifşa edildi | Anbaan görüntülər yayıldı

Aİ “müşahidəçi”lərinin sərhəddəki fəaliyyəti ifşa edildi | Anbaan görüntülər yayıldı

Siyasət
22 noyabr 2024
Almaniya XİN başçısı COP29-da emissiyaların azaldılmasının önəmini vurğuladı

Almaniya XİN başçısı COP29-da emissiyaların azaldılmasının önəmini vurğuladı

Siyasət
22 noyabr 2024
İlham Əliyev ədliyyə naziri Fərid Əhmədovla bağlı sərəncam imzaladı

İlham Əliyev ədliyyə naziri Fərid Əhmədovla bağlı sərəncam imzaladı

Siyasət
22 noyabr 2024
COP29 sədrliyindən vacib bəyanat | Əsas hədəflə bağlı hansı irəliləyişlər var?

COP29 sədrliyindən vacib bəyanat | Əsas hədəflə bağlı hansı irəliləyişlər var?

Siyasət
22 noyabr 2024
Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Siyasət
22 noyabr 2024
Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Siyasət
22 noyabr 2024
COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

Siyasət
22 noyabr 2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul etdi

İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul etdi

Siyasət
22 noyabr 2024
COP29-da dünya tarixinə damğa vuracaq qərar veriləcək? - BAKU AKTUAL

COP29-da dünya tarixinə damğa vuracaq qərar veriləcək? - BAKU AKTUAL

Siyasət
22 noyabr 2024
Stiven Kornelius COP29-da həyəcan təbili çaldı | Həyatımız təhlükə altında olacaq

Stiven Kornelius COP29-da həyəcan təbili çaldı | Həyatımız təhlükə altında olacaq

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon