Siyasət
Pleyeri seçin:

Qərbi Azərbaycan İcması Paşinyanı dialoqa çağırıb

10 yanvar 2025 22 baxış

“Qərbi Azərbaycan məsələsi ərazi deyil, insan hüquqları məsələsidir. Biz Ermənistanın ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyimizi dəfələrlə ifadə etmişik. Qərbi Azərbaycan termininə gəldikdə vurğulayaq ki, bu, tarixi həqiqətlərə əsaslanan və bizim özünüidentifikasiya hüququ çərçivəsində istifadə etdiyimiz anlayışdır”.

Bu barədə Qərbi Azərbaycan İcmasının Ermənistan Baş naziri Nikol Paşinyana cavab bəyanatında deyilir.

Qeyd olunub ki, Ermənistan hökuməti coğrafi-tarixi məzmunda polemikaya girmək əvəzinə problemin mahiyyətinə dair mövqeyini ifadə etməlidir:

“Qərbi azərbaycanlıların qayıdışına dair Ermənistan və Azərbaycan arasında dövlətlərarası dialoqun sülh müqaviləsinin imzalanmasından sonra aparıla biləcəyi barədə Nikol Paşinyanın məhdudlaşdırıcı şərti yanlışdır. Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmaq Ermənistanın beynəlxalq hüquqdan və insan hüquqlarından irəli gələn öhdəliyidir. Ermənistan Respublikası Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərinin xarakterindən asılı olmayaraq, qərbi azərbaycanlıların – indi Ermənistan adlanan ölkənin qanuni sakinlərinin qayıdışına qeyd-şərtsiz şərait yaratmalıdır. Qayıdışa dair dialoqun süni şəkildə sülhdən sonraya saxlanması və yaxud qayıdışı dövlətlərarası dialoqla şərtləndirmək insan hüquqlarına ziddir və sülhün əldə edilməsinə xidmət etmir. Bu mövzuda əsas dialoq xətti Ermənistan hökuməti və Qərbi Azərbaycan İcması arasında aparılmalı olan formatdır”.

Bəyanatda Paşinyana regionda sülh və əməkdaşlığın bərqərar olunması üçün səmimi səylər göstərməyə, qərbi azərbaycanlıların qayıdışına şərait yaratmağa və bu məqsədlə İcma ilə dialoqa başlamağa çağırış edilib.

Prezidentdən sərəncamlar | Samir Şərifov yeni vəzifəyə təyin edildi

Prezidentdən sərəncamlar | Samir Şərifov yeni vəzifəyə təyin edildi

Siyasət
10 yanvar 2025 22 baxış
Gürcü politoloqlar Baku TV-yə danışdı | Paris-Tbilisi münasibətləri niyə gərginləşdi?

Gürcü politoloqlar Baku TV-yə danışdı | Paris-Tbilisi münasibətləri niyə gərginləşdi?

Siyasət
10 yanvar 2025 22 baxış
Azərbaycanlı heyət İrəvana gedəcək? | Ermənistan Aİ üzvü olacaq? | Ukraynaya hücum - SALAM BAKU

Azərbaycanlı heyət İrəvana gedəcək? | Ermənistan Aİ üzvü olacaq? | Ukraynaya hücum - SALAM BAKU

Siyasət
10 yanvar 2025 22 baxış
Beynəlxalq hüquq azərbaycanlıların qayıdışı haqqında nə deyir? | BAKU ANALİTİK

Beynəlxalq hüquq azərbaycanlıların qayıdışı haqqında nə deyir? | BAKU ANALİTİK

Siyasət
09 yanvar 2025 22 baxış
Paşinyan son bir ildə bu məsələni Əliyevlə bir neçə dəfə qapalı görüşlərdə müzakirə edib

Paşinyan son bir ildə bu məsələni Əliyevlə bir neçə dəfə qapalı görüşlərdə müzakirə edib

Siyasət
09 yanvar 2025 22 baxış
Bakı hərəkətə keçdi | QAİ-nin nümayəndələri Paşinyana nə təklif edəcək?

Bakı hərəkətə keçdi | QAİ-nin nümayəndələri Paşinyana nə təklif edəcək?

Siyasət
09 yanvar 2025 22 baxış
İlham Əliyev və Aİ Şurasının Prezidenti arasında önəmli müzakirə

İlham Əliyev və Aİ Şurasının Prezidenti arasında önəmli müzakirə

Siyasət
09 yanvar 2025 22 baxış
Azərbaycandan Paşinyana cavab | Ayxan Hacızadə paylaşım etdi

Azərbaycandan Paşinyana cavab | Ayxan Hacızadə paylaşım etdi

Siyasət
09 yanvar 2025 22 baxış
Prezidentin İrana mesajı ünvanına çatdı | Əhmədianın Bakı səfərinin pərdəarxası

Prezidentin İrana mesajı ünvanına çatdı | Əhmədianın Bakı səfərinin pərdəarxası

Siyasət
09 yanvar 2025 22 baxış
Azərbaycana qarşı çıxan şəxs kimin adamıdır? - Qalmaqallı detallar

Azərbaycana qarşı çıxan şəxs kimin adamıdır? - Qalmaqallı detallar

Siyasət
09 yanvar 2025 22 baxış
Seçilmişlər
icon