Pleyeri seçin:

QHT-lərdən UNESCO-ya açıq məktub | Azərbaycan xalqının mədəni irsi məhv edilib

18 dekabr 2024 333 baxış

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri UNESCO-nun Baş direktoru Odri Azuleyə açıq məktub ünvanlayıb.

Məktubda Ermənistanın Azərbaycan xalqına məxsus mədəni və tarixi irsi məqsədli şəkildə məhv etməsindən narahatlıq ifadə olunub və bununla bağlı əməli addımların atılmasına çağırış edilib.

Müraciətdə deyilir ki, Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində Qərbi Zəngəzur, Qafan, İrəvan, Göyçə, Nüvədi, Vedi və digər bölgələrdə Azərbaycan xalqının mədəni irsi məhv edilib, mənimsənilib.

Məsələn, İrəvanda yerləşən Dəmirbulaq məscidi 1990-cı illərin əvvəllərində buldozerlə dağıdılıb, XVI əsrə aid Sərdar məscidi isə bir neçə mərhələdə məhv edilib. Qala məscidi, Şah Abbas məscidi, Təpəbaşı məscidi, Zal Xan məscidi, Sərtib Xan məscidi, Hacı Novruzəli bəy məscidi, Hacı Cəfər bəy məscidi, Rəcəb Paşa məscidi, Məhəmməd Sərtib Xan məscidi, Hacı İnam məscidi və 300-dən artıq digər dini və mədəni abidələr eyni aqibətlə üzləşib.

Bundan əlavə, Ermənistan ərazisində Aşağı Şorca, Qullubulaq, Saral və Ağadada kimi 500-dən artıq Azərbaycan qəbiristanlığı təhqir edilərək dağıdılıb. Ermənistan ərazisində qalan yeganə məscid – İrəvandakı Göy Məscid saxtalaşdırılaraq “fars məscidi” kimi təqdim edilir. Azərbaycanın tarixi şəhərinin yeganə qalıqları olan Təpəbaşı məhəlləsi tamamilə məhv təhlükəsi ilə üz-üzədir. Məktubda bununla bağlı UNESCO-nun praktiki addımlar atmadığı, qurumun məsələyə təcili müdaxiləsinin zəruriliyi xüsusi qeyd edilib.

UNESCO-dan Ermənistan ərazisinə faktaraşdırıcı missiya göndərməsi, Azərbaycan xalqına məxsus mədəni irsin vəziyyətini monitorinq etməsi və sənədləşdirməsi, Ermənistandan UNESCO sənədləri də daxil olmaqla, beynəlxalq konvensiyalar çərçivəsində mədəni irsin qorunması üzrə öhdəliklərinə əməl etməsinin tələb olunması bir daha xahiş edilib. Açıq məktubu Azərbaycanın bir sıra ictimai birlikləri və assosiasiyaları imzalayıblar.

Xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin II günü - Baku TV

Xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin II günü - Baku TV

Siyasət
12 sentyabr 2026 333 baxış
Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV

Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV

Siyasət
12 sentyabr 2026 333 baxış
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - Baku TV

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - Baku TV

Siyasət
12 sentyabr 2026 333 baxış
Şuşada Meksikanın müstəqillik günü qeyd olunur - Baku TV

Şuşada Meksikanın müstəqillik günü qeyd olunur - Baku TV

Siyasət
11 sentyabr 2026 333 baxış
58 ölkənin nümayəndələri Gövhər Ağa məscidində oldular - Baku TV

58 ölkənin nümayəndələri Gövhər Ağa məscidində oldular - Baku TV

Siyasət
11 sentyabr 2026 333 baxış
İran Ermənistan sərhədində azad iqtisadi zona yaradıla bilər? - Baku TV

İran Ermənistan sərhədində azad iqtisadi zona yaradıla bilər? - Baku TV

Siyasət
11 sentyabr 2026 333 baxış
58 ölkə və 9 beynəlxalq təşkilatın nümayəndələri azad edilmiş ərazilərdə

58 ölkə və 9 beynəlxalq təşkilatın nümayəndələri azad edilmiş ərazilərdə

Siyasət
11 sentyabr 2026 333 baxış
Xarici diplomatlar azad edilmiş ərazilərdə - Baku TV

Xarici diplomatlar azad edilmiş ərazilərdə - Baku TV

Siyasət
11 sentyabr 2026 333 baxış
Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciət etdi - Baku TV

Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciət etdi - Baku TV

Siyasət
11 sentyabr 2026 333 baxış
58 ölkə və 9 beynəlxalq təşkilatın nümayəndələri azad edilmiş ərazilərdə - Baku TV

58 ölkə və 9 beynəlxalq təşkilatın nümayəndələri azad edilmiş ərazilərdə - Baku TV

Siyasət
11 sentyabr 2026 333 baxış
Seçilmişlər
icon