Pleyeri seçin:

"Ermənistanı xilas edəcəyəm" | Rusiyanın həbsdə olan adamından qalmaqallı məktub

21 iyul 2025 298 baxış

Ermənistanda həbs olunan Rusiyanın adamı Samvel Karapetyan təcridxanadan xalqa növbəti dəfə mesaj göndərib.

Onun Müdafiə Şurasının “Telegram” kanalında yerləşdirilən mesajında Ermənistanda hamının kağız üzərində mövcud olan rəsmi sənəd deyil, real, ləyaqətli və davamlı sülh istədiyi iddia olunur.

S.Karapetyan Nikol Paşinyan hakimiyyətini Ermənistanı Türkiyə və Azərbaycan qarşısında geri çəkilməkdə ittiham edib:

“Milli dəyərlərə etinasızlıq göstərmək və qarşılığında qeyri-müəyyən sülh vədi, tamamilə mənasız kağız sənəd gözləmək və hər şeyi düşmənə vermək və hər şey seçki xatirinə, xalqı aldatmaq üçün, bax mən sülh gətirmişəm. Ermənistanda hamı sülh istəyir, amma real, ləyaqətli və davamlı sülh istəyir, nəinki formal kağız, davamlı təhdidlər və alçaldılmalar”.

Mesajda qeyd edilir ki, Ermənistanın hazırkı hakimiyyəti guya Ermənistana iqtisadi fayda gətirəcək “bir növ yolayrıcıları” təklif edir. Lakin S.Karapetyan əmindir ki, bu layihə Ankaranın arzuladığı Zəngəzur dəhlizinə çevriləcək və Ermənistan vilayətləşmə yoluna düşəcək.

O qeyd edib ki, hakimiyyət həm də “Avropa ilə qardaşlıq haqqında uzun-uzadı danışıb”, Sünikin təhlükəsizliyini təmin etmək üçün guya avropalı müşahidəçilər cəlb edib, “Fransa Prezidenti Emmanuel Makronu ayda bir dəfə qucaqlayıb, əslində isə hamıdan əl çəkib, vədləri pozub, indi də “dəhlizi” amerikalılara təhvil verməyə çalışır”:

“Sizi inandırıram ki, bu cür davranışı və yalançı reputasiyası ilə kiçik bir qrupun rəhbəri tezliklə nəinki özünü, hətta Vətənimizi də dünyanın gözü qarşısında tamamilə nüfuzdan salacaq”.

Mesajın sonunda S.Karapetyan Ermənistanı geosiyasi qurban statusundan çıxaracağını, regionda maraqlar və prioritetlər balansını bərpa edəcəyini iddia edib:

“Sonra tranzit marşrutları Ermənistanın suveren ərazisində qalaraq onun büdcəsini ildə yüz milyonlarla dollarla dolduracaq, başqa hətta müttəfiq ölkənin büdcəsini yox. Biz bunu öz yolumuzla edəcəyik”.

Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi anılıb

Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi anılıb

Siyasət
09 may 2026 298 baxış
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Siyasət
09 may 2026 298 baxış
Prezident və birinci xanım Həzi Aslanovun abidəsini ziyarət etdilər - Baku TV

Prezident və birinci xanım Həzi Aslanovun abidəsini ziyarət etdilər - Baku TV

Siyasət
09 may 2026 298 baxış
Prezident və birinci xanım Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - Baku TV

Prezident və birinci xanım Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - Baku TV

Siyasət
09 may 2026 298 baxış
Bakıda Azərbaycan və Türkiyə radioelektron mübarizə bölmələrinin birgə təlimi keçirilib - Baku TV

Bakıda Azərbaycan və Türkiyə radioelektron mübarizə bölmələrinin birgə təlimi keçirilib - Baku TV

Siyasət
09 may 2026 298 baxış
Okampo şəbəkəsi və anti-Azərbaycan kampaniyasının görünməyən tərəfi - Baku TV

Okampo şəbəkəsi və anti-Azərbaycan kampaniyasının görünməyən tərəfi - Baku TV

Siyasət
09 may 2026 298 baxış
Azərbaycan XİN-dən Rusiyaya xəbərdarlıq - ANA XƏBƏR

Azərbaycan XİN-dən Rusiyaya xəbərdarlıq - ANA XƏBƏR

Siyasət
08 may 2026 298 baxış
WUF13 Festivalı Gəncədə | "Bu tədbir böyük əhəmiyyət kəsb edir" - Baku TV

WUF13 Festivalı Gəncədə | "Bu tədbir böyük əhəmiyyət kəsb edir" - Baku TV

Siyasət
08 may 2026 298 baxış
“Onlar Azərbaycanla sülhü pozmaq istəyir” | Armine Marqaryan

“Onlar Azərbaycanla sülhü pozmaq istəyir” | Armine Marqaryan

Siyasət
08 may 2026 298 baxış
Azərbaycan XİN-dən Rusiyaya etiraz | Nə baş verdi? - Baku TV

Azərbaycan XİN-dən Rusiyaya etiraz | Nə baş verdi? - Baku TV

Siyasət
08 may 2026 298 baxış
Seçilmişlər
icon