Pleyeri seçin:

Rəsmi Bakı Makrona xəbərdarlıq etdi

28 avqust 2023 133 baxış

“Avqustun 28-də Fransa Prezidenti Emanuel Makronun səfirlər konfransı zamanı səsləndirdiyi bölgə üzrə mövcud vəziyyətə dair yanlış təəssürat formalaşdıran və Ermənistanı birtərəfli qaydada müdafiə edən qərəzli fikirləri sülh prosesinə xələl gətirir”.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.

O qeyd edib ki, Fransa Prezidentinin növbəti dəfə bölgədə humanitar vəziyyət barədə iddiaları əsas götürərək fikirlər səsləndirməsi bu ölkənin siyasətinin yanlış olduğunu bir daha sübut edir:

"Azərbaycana qarşı 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən həyata keçirilən işğalçılıq və təcavüz əməllərini qınamayan, işğal nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkünün humanitar vəziyyətinə dair heç bir şərh verməyən Fransa tərəfinin indi Azərbaycanın BMT nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz torpaqlarının azad edilməsi ilə nəticələnən 2020-ci il 44 günlük Vətən müharibəsini qınaması, eləcə də bölgədə humanitar vəziyyət ilə bağlı iddialara çıxışında xüsusi vurğu etməsi anlaşılan deyil".

Ayxan Hacızadə həmçinin vurğulayıb ki, Fransa Prezidentinin leksikonunda “Laçın humanitar dəhlizi” kimi ifadələrə yer verməsi, bu istiqamətdə təzyiq dili ilə danışması qəbuledilməzdir, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir:

“Laçın yolundan və sərhəd buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinin keçdiyi, Azərbaycan tərəfindən erməni sakinlərə yüklərin daşınması üçün “Ağdam-Xankəndi” və digər alternativ yolların ayrıldığı, bütün bu səylərə baxmayaraq, bu yollardan istifadənin Ermənistan və özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən siyasiləşdirilməsi Fransa tərəfinə yaxşı məlumdur. Bu istiqamətdə cari ilin avqust ayının əvvəlində əldə olunmuş razılıqların icrasını təşviq etmək əvəzinə erməni tərəfinin təhrikçi addımlarına dəstək verən fikirlərə çıxış zamanı yer verilməsi prosesə birbaşa maneçilik törədən amillərdəndir.

Praqada Avropa İttifaqı missiyasının və 1991-ci il Alma-Ata bəyannaməsi çərçivəsində sərhədlərin tanınması təşəbbüsünün müəllifliyinin Fransa tərəfinin olduğunu bildirən Fransanın nəyə görə Azərbaycan əraziləri işğal altında olan 30 ilə yaxın bir dövrdə bu kimi təşəbbüslərlə çıxış etmədiyi sualına da cavab verməsi daha faydalı olardı”.

Nazirlik rəsmisi Azərbaycan tərəfinin bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında qərarlı olduğunu və bu prosesə maneçilik törədən bütün kənar müdaxilələrin qarşısının qətiyyətlə alınacağını vurğulayıb. 

Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi

Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi

Siyasət
22 dekabr 2025 133 baxış
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam

Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam

Siyasət
22 dekabr 2025 133 baxış
Avropa İttifaqından sərt qərar | Rusiya üzərində təzyiq davam edir - Baku TV CANLI

Avropa İttifaqından sərt qərar | Rusiya üzərində təzyiq davam edir - Baku TV CANLI

Siyasət
22 dekabr 2025 133 baxış
İlham Əliyev MDB liderlərinin görüşündə niyə iştirak etməyəcək? - Baku TV

İlham Əliyev MDB liderlərinin görüşündə niyə iştirak etməyəcək? - Baku TV

Siyasət
22 dekabr 2025 133 baxış
Ukraynada böyük dəyişiklik gözlənilir | Zelenskinin videomüraciətində diqqətçəkən detal - CANLI

Ukraynada böyük dəyişiklik gözlənilir | Zelenskinin videomüraciətində diqqətçəkən detal - CANLI

Siyasət
22 dekabr 2025 133 baxış
“Bu, miqyasına görə ən böyüyüdür” | Amnistiya aktının icrasına başlanıldı - Baku TV

“Bu, miqyasına görə ən böyüyüdür” | Amnistiya aktının icrasına başlanıldı - Baku TV

Siyasət
22 dekabr 2025 133 baxış
Avropa İttifaqının ikili standartları Cənubi Qafqazda sülhü necə pozur? - AKTUAL GÜNDƏM

Avropa İttifaqının ikili standartları Cənubi Qafqazda sülhü necə pozur? - AKTUAL GÜNDƏM

Siyasət
22 dekabr 2025 133 baxış
Amnistiya aktının icrasına başlanılır | TRIPP xəttinin iqtisadi əhəmiyyəti - YENİ BİR SƏHƏR

Amnistiya aktının icrasına başlanılır | TRIPP xəttinin iqtisadi əhəmiyyəti - YENİ BİR SƏHƏR

Siyasət
22 dekabr 2025 133 baxış
Ermənistanın Baş naziri yük tranzitinin bərpasına görə Azərbaycana təşəkkür edib - Baku TV

Ermənistanın Baş naziri yük tranzitinin bərpasına görə Azərbaycana təşəkkür edib - Baku TV

Siyasət
22 dekabr 2025 133 baxış
210 milyardlıq sual: Rusiya pulunu geri ala biləcək? | Ukraynadakı müharibə Avropa üçün yük oldu

210 milyardlıq sual: Rusiya pulunu geri ala biləcək? | Ukraynadakı müharibə Avropa üçün yük oldu

Siyasət
21 dekabr 2025 133 baxış
Seçilmişlər
icon