Rusiya Ermənistanı bu cür varlandırır | Riya sxemi
“Rusiya və Ermənistan arasında üzdə görünən problemlər var. Amma pərdəarxasında ciddi alış-veriş gedir”.
Bunu jurnalist Turan İbrahimov Rusiya-Ermənistan münasibətlərininin son vəziyyətini şərh edərkən deyib.
Rusiyanın əksər ölkələr tərəfindən sanksiyalara məruz qaldığını xatırladan T.İbrahimov əlavə edib:
“Bu, əslində, Rusiyanı zəiflətməli idi. Lakin Rusiya daxili istehsalını daha da artıraraq gücləndi. Onun NATO ilə təkbaşına mübarizə aparması ancaq daxili istehsalın hesabına baş vermir.
Bu sanksiyaları aşmaq üçün Rusiyanın əlində imkan var, onlardan biri də Ermənistandır”.
O qeyd edib ki, Rusiya və Ermənistan üzdə dalaşa-dalaşa arxada ticarət aparır:
“Ermənistan Rusiyaya çoxlu sifarişlər verir, sonra həmin sifarişləri xaricə satır. Yaxud xarici ölkələrə Rusiyaya satılması qadağan olunmuş məhsullarla bağlı sifarişlər verir. Onlar isə Ermənistana gətirilir və daha sonra Rusiyaya satılır”.