Rusiyada yaşayan Azərbaycan vətəndaşları... | Nazir müavinindən açıqlama
Rusiya daxili işlər nazirinin müavini Aleksandr Qorovoy ölkə ərazisində 739 min nəfər qanunsuz miqrantın olduğunu açıqlayıb.
“Hazırda ölkəmizdə 6 milyon 174 min xarici vətəndaşlığı olan şəxs var. Rusiyada yaşayan xarici vətəndaşların sayına görə ilk onluğa Özbəkistan, Tacikistan, Qırğızıstan, Belarus, Ukrayna, Ermənistan, Azərbaycan, Qazaxıstan, Çin və Türkmənistan daxildir.
Mən onların adlarını azalan ardıcıllıqla çəkirəm, lakin ümumilikdə onların sayı 5,5 milyon nəfərdir. Bu saya ölkəmizdə yaşama məqsədi və müddətindən asılı olmayaraq bütün kateqoriyalardan olan əcnəbilər, o cümlədən qanunsuz olaraq burada olanlar daxildir.
Əgər qeyri-leqal mühacirlərdən danışırıqsa, onların arasında əsasən Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan və Azərbaycan vətəndaşları var. Ümumilikdə onların sayı 739 min nəfər və ya təxminən 9% təşkil edir”, – deyə rusiyalı nazir müavini vurğulayıb.