Pleyeri seçin:

Rusiyalı ekspert: Sülhməramlılar döyüşməyəcək

01 sentyabr 2023 178 baxış

“Rusiyanın artıq Qarabağda qalmaq üçün heç bir imkanı yoxdur”. Bunu rusiyalı ekspert Modest Kolerov deyib.

Onun obrazlı ifadəsinə görə, sülhməramlıların özləri Qarabağda “quş hüququna” malikdirlər. Mütəxəssis bunu Azərbaycanın onlara hüquqi cəhətdən sülhməramlı mandatının verməməsi ilə izah edir. “Bakının rus sülhmərmalılarının mandatını uzadacağına da əmin deyiləm”, – Kolerov deyib. O, hesab edir ki, sülhməramlılar döyüşməyəcək, çünki təfərrüatlı mandat olmadan heç bir hərəkət legitim olmayacaq.

“Əgər Ukraynada vəziyyət indi başa çatmağa, Kiyevin təslim olmasına yaxınlaşsaydı, Rusiyanın Qarabağ məsələsində mövqeləri güclənərdi və hətta Azərbaycan da bu faktı etiraf etməli olardı. Amma bu hələ baş verməyib və gələn il də olmayacaq. Bu vəziyyətdə Paşinyanın niyə sevindiyi bəlli deyil? Niyə Ukraynada Rusiyanı dəstəkləmir? O, başa düşmür ki, Rusiya Ukraynada nə qədər çox məşğul olsa, Qarabağ və Ermənistan üçün bir o qədər pisdir?”, – deyə ekspert bildirib.

O əmindir ki, uzun müddətdir, Rusiyanın Ermənistanda hərbi mövcudluğunun mənası yoxdur: “Çünki Rusiyanın Cənubi Qafqazda maraqları Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı hərbi bazaları ilə tam təmin olunub. Rusiyanın Gümrü və Erebunidəki bazaları təcrid olunub, blokadaya alınıb və Ermənistandan qeyri-dost siyasi mühitdədir. Onlar çox uzun müddətdir, mənasızdırlar, Rusiyanın maraqlarını qorumurlar, Paşinyanın əlində girovdurlar. Onların Ermənistan ərazisindən çıxarılması qaçılmazdır”.

Onun fikrincə, bu hadisələrdən sonra Türkiyənin bölgədə nüfuzunun mümkün güclənməsi Rusiya üçün təhlükə yaratmır.

“İqtisadi baxımdan Türkiyə Ermənistanda çoxdan mövcuddur, qatar artıq yola düşüb. Hərbi-siyasi təsirə gəlincə, Ermənistan artıq NATO-ya yönəlmək istəyir. Bununla da Türkiyə Ermənistanın NATO qismində müttəfiqi olacaq. Fransanın fəaliyyətinə gəlincə, o, ancaq özünü böyük dövlət kimi qələmə verir. Bu ölkənin prezidenti hətta Parisdə belə işləri qaydaya sala, talanlarla məşğul ola bilmir. O, Cənubi Qafqazda nə edə bilər? Heç nə”, – deyə o yekunlaşdırıb.

ABŞ Ermənistana 100-dən artıq "Starlink" terminalı verdi: Regionda yeni mərhələ başlayır?

ABŞ Ermənistana 100-dən artıq "Starlink" terminalı verdi: Regionda yeni mərhələ başlayır?

Siyasət
17 fevral 2026 178 baxış
"44 günlük müharibə Ermənistan və Azərbaycan arasında qeyri-bərabərliyi üzə çıxardı"

"44 günlük müharibə Ermənistan və Azərbaycan arasında qeyri-bərabərliyi üzə çıxardı"

Siyasət
17 fevral 2026 178 baxış
Nüvə danışıqları ərəfəsində 7 lider İranla niyə dialoq apardı? | BİZDƏN NƏ DANIŞIRLAR?

Nüvə danışıqları ərəfəsində 7 lider İranla niyə dialoq apardı? | BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
16 fevral 2026 178 baxış
"V-BAT"lər Ermənistana üstünlük qazandıracaq, yoxsa daha bir ölkə ilə gərginlik? - HƏRBİ XRONİKA

"V-BAT"lər Ermənistana üstünlük qazandıracaq, yoxsa daha bir ölkə ilə gərginlik? - HƏRBİ XRONİKA

Siyasət
16 fevral 2026 178 baxış
İlham Əliyevin sosial media hesablarında Serbiyaya rəsmi səfərlə bağlı video paylaşılıb - Baku TV

İlham Əliyevin sosial media hesablarında Serbiyaya rəsmi səfərlə bağlı video paylaşılıb - Baku TV

Siyasət
16 fevral 2026 178 baxış
Qərbi Azərbaycanla bağlı xüsusi komissiya yaradıldı: "Tarixi gerçəkləri çatdırmaq üçün..." - Baku TV

Qərbi Azərbaycanla bağlı xüsusi komissiya yaradıldı: "Tarixi gerçəkləri çatdırmaq üçün..." - Baku TV

Siyasət
16 fevral 2026 178 baxış
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib - Baku TV

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib - Baku TV

Siyasət
16 fevral 2026 178 baxış
Azərbaycanla Serbiya arasında enerji, siyasət və strateji ittifaqın yeni mərhələsi - Baku TV

Azərbaycanla Serbiya arasında enerji, siyasət və strateji ittifaqın yeni mərhələsi - Baku TV

Siyasət
16 fevral 2026 178 baxış
Fransa Azərbaycana qarşı hansı səhvləri edib? - Müsahibədə diqqətçəkən mesajlar - Baku TV

Fransa Azərbaycana qarşı hansı səhvləri edib? - Müsahibədə diqqətçəkən mesajlar - Baku TV

Siyasət
16 fevral 2026 178 baxış
“Energetika sahəsində əlaqələrimiz çoxşaxəli formatda inkişaf edir” | Prezident

“Energetika sahəsində əlaqələrimiz çoxşaxəli formatda inkişaf edir” | Prezident

Siyasət
16 fevral 2026 178 baxış
Seçilmişlər
icon