Rusiyalı politoloqlar Laçının MDB-nin mədəniyyət paytaxtı seçilməsini şərh etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı seçilməsi ciddi siyasi əhəmiyyət daşıyır. Bu, Rusiya ilə Azərbaycan arasında olan dostluq münasibətlərinin növbəti bariz nümunəsidir”.
Bunu rusiyalı politoloq Sergey Markov ölkə Prezidentinin köməkçisi Yuri Uşakovun Azərbaycanın Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusunu alacağı ilə bağlı açıqlamasını şərh edərkən deyib.
O bildirib ki, Azərbaycan dövlətinin Qarabağda insanların iqtisadi və mədəni həyatının bərpası ilə bağlı həyata keçirdiyi layihələr MDB ölkələri tərəfindən müsbət qarşılanacaq:
“Təbii ki, Ermənistan üçün bunu deyə bilmərik, çünki rəsmi İrəvan Laçının tamamilə Azərbaycana məxsus olması ilə heç cür razılaşa bilmir. İkinci Qarabağ müharibəsindən sonra məğlubiyyətləri ilə barışa bilməyən Ermənistan əhalisi də bunu müsbət qarşılamayacaq.
Laçının mədəniyyət paytaxtı seçilməsində Rusiyanın rolu böyükdür, lakin Azərbaycanla dost olan islam ölkələri də dəstəklərini əsirgəmir. Onların arasında Qazaxıstan, Türkmənistan, Qırğızıstanı misal çəkmək olar. Bakının MDB ölkələrinin mədəni, siyasi sferasında öz rolunu daha da gücləndirəcəyi gözlənilir”.
#Rusiya teqi istifadə olunub
- Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək
- Putin danışıqların Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib
- Müctəba Xamenei Putinə hərbi müraciət edib? - Moskva Tehrana nə deyəcək? - Baku TV CANLI
- Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV
- Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI
