Pleyeri seçin:

“Rusiyanı artıq bir nəfər idarə etmir” | Tofiq Zülfüqarov Yekaterinburqdakı vandallığı şərh etdi

01 iyul 2025 558 baxış

“Biz bu əməliyyatların təsadüfi yox, sifarişli və məqsədli olduğunu görürük. Burada həm daxili klan savaşlarının, həm də xarici siyasətdə zəifləyən Rusiyanın qəzəbinin izləri var. Azərbaycan buna göz yummayacaq”.

Bu sözləri “Axar.az”a açıqlamasında politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı şiddət, zorakılıq və qətliam haqqında danışarkən deyib.

Onun sözlərinə görə, artıq Rusiyada təzyiqlər yalnız miqrantlara deyil, birbaşa Rusiya vətəndaşları olan qeyri-rus millətlərə də yönəlir: “Bu dəfə saxlanılanların əksəriyyəti Rusiyanın vətəndaşı olan azərbaycanlılardır. Bu, sadəcə hüquq-mühafizə əməliyyatı deyil, bu, etnik zəmində aparılan repressiyadır. 50-yə yaxın insan saxlanılıb, onlardan ikisi döyülərək öldürülüb, digərləri ağır xəsarət alıb”.

T.Zülfüqarov baş verənləri Rusiyada idarəetmədə yaranmış xaos və paralel güc mərkəzlərinin toqquşması ilə əlaqələndirir. Onun fikrincə, ölkədə artıq formal olaraq bir mərkəzdən idarəetmədən söhbət getmir:

“Rusiya artıq bir nəfərin yox, müxtəlif klanların idarəsindədir. Orduda bir neçə paralel qurum var. Bəzən düşünürəm ki, Rusiyanı Putin deyil, parçalanmış maraq qrupları idarə edir. Rusiya çoxmillətli dövlətdir. Etnik zəmində zorakılıqlar daxildə dağıdıcı fəsadlara səbəb ola bilər. Hüquq-mühafizə orqanları artıq məhkəmə qərarı olmadan insanlara hökm verir və bu, hüququn deyil, vandalizmin göstəricisidir”.

T.Zülfüqarov qeyd edib ki, Azərbaycan bu proseslərə səssiz qalmayacaq və lazım gəldikdə sərt diplomatik addımlar atılacaq: “Məqsəd Azərbaycanı susdurmaqdır. Amma biz buna göz yummayacağıq. Azərbaycanın suverenliyi yalnız sərhədlə deyil, onun soydaşlarına olan münasibətlə də ölçülür. Bu mesaj hər kəsə aydın olmalıdır”.

Banner
Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 558 baxış
Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Siyasət
07 noyabr 2026 558 baxış
Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Siyasət
07 noyabr 2026 558 baxış
İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

Siyasət
07 noyabr 2026 558 baxış
Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Siyasət
07 noyabr 2026 558 baxış
Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Siyasət
07 noyabr 2026 558 baxış
Prezident İlham Əliyev Ağdamda müəssisənin açılışında iştirak edib - Baku TV

Prezident İlham Əliyev Ağdamda müəssisənin açılışında iştirak edib - Baku TV

Siyasət
07 noyabr 2026 558 baxış
Prezident Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış oldu - Baku TV

Prezident Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış oldu - Baku TV

Siyasət
07 noyabr 2026 558 baxış
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak etdi - Baku TV

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak etdi - Baku TV

Siyasət
07 noyabr 2026 558 baxış
Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyuldu - Baku TV

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyuldu - Baku TV

Siyasət
07 noyabr 2026 558 baxış
Seçilmişlər
icon