Pleyeri seçin:
Səsvermə hüququ olan Azərbaycan vətəndaşlarının sayı açıqlandı
Dəqiqləşdirmə prosesinin sonunda ölkə üzrə seçicilərin vahid siyahısına 619 məntəqə üzrə 6 326 764 seçicinin adı daxil edilib. Onların 47,55 faizi kişi, 52,45 faizi isə qadınlardır. Ən çox seçici 30-39 yaş aralığındadır, onlar 23,77 faiz təşkil edir.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov (MSK) MSK-nın mayın 27-də keçirilən iclasında açıqlayıb.
O bildirib ki, ən yaşlı qadın seçicinin – Əzizova Tamam Əli qızının 134 yaşı var və 1894-cü il təvəllüdlüdür. Ən yaşlı kişi seçici isə 1915-ci il təvəllüdlü, 108 yaşlı Hilal İbrahimovdur.
Kopyalandı
![icon](/images/loading.png)