Pleyeri seçin:

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

08 yanvar 2024 234 baxış

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkəsini türk dünyası ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin 2028-ci ildə həyata keçirilə biləcəyini deyib.

O, bu barədə yerli mediaya müsahibəsində bildirib.

Nazir qeyd edib ki, qarşıdakı 5 ildə dəhlizlə bağlı işlər davam etdiriləcək: “Son vaxtlar bu məsələdə Ermənistandan da müsbət mesajlar var. Dəhlizin 43 kilometrlik hissəsi Ermənistan ərazisindədir. Oradakı işlərin planlaşdırılması da başa çatanda məsələ həllini tapmış olacaq. Beləliklə, biz türk dünyasına daha rahat çata biləcəyik”.

A.Uraloğlu həmçinin diqqətə çatdırıb ki, İran da Zəngəzur dəhlizinə qoşulmaq istəyir.

“Bunun üçün İranla Türkiyə arasında müzakirələr gedir. Bizim üçün Zəngəzur dəhlizi çox vacibdir. İranın bu layihəyə qoşulmasına da kömək edə bilərik. Zəngəzur dəhlizinin Türkiyə tərəfindən 224 kilometrlik hissəsi ilə bağlı addımlar atmışıq. İnşallah, 2028-ci ildə bütün işlər tamamlanacaq”, – deyə nazir əlavə edib.

Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşdü - Baku TV

Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşdü - Baku TV

Siyasət
07 dekabr 2025 234 baxış
İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü - Baku TV

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü - Baku TV

Siyasət
07 dekabr 2025 234 baxış
Ermənistandakı azərbaycandilli media layihəsi fəaliyyətini niyə dayandırdı? - Baku TV

Ermənistandakı azərbaycandilli media layihəsi fəaliyyətini niyə dayandırdı? - Baku TV

Siyasət
07 dekabr 2025 234 baxış
Hikmət Hacıyev Doha forumundan paylaşım etdi | Tədbirdə nələr müzakirə olundu - Baku TV

Hikmət Hacıyev Doha forumundan paylaşım etdi | Tədbirdə nələr müzakirə olundu - Baku TV

Siyasət
07 dekabr 2025 234 baxış
Qırxlar təpəsində tapılan döyüşçü hansı tarixi dəyişir? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Qırxlar təpəsində tapılan döyüşçü hansı tarixi dəyişir? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
06 dekabr 2025 234 baxış
İrəvan-Bakı münasibətlərindəki nisbi yumşalma Tiflis-Moskva xəttində nə vəd edir? - ANALİTİK BAXIŞ

İrəvan-Bakı münasibətlərindəki nisbi yumşalma Tiflis-Moskva xəttində nə vəd edir? - ANALİTİK BAXIŞ

Siyasət
06 dekabr 2025 234 baxış
Hikmət Hacıyev Dohada keçirilən beynəlxalq forumda vacib mesajlar verdi - Baku TV

Hikmət Hacıyev Dohada keçirilən beynəlxalq forumda vacib mesajlar verdi - Baku TV

Siyasət
06 dekabr 2025 234 baxış
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib

Siyasət
06 dekabr 2025 234 baxış
Prezident İlham Əliyev BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi - Baku TV

Prezident İlham Əliyev BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi - Baku TV

Siyasət
06 dekabr 2025 234 baxış
Dohada vacib görüş | Azərbaycanla Qətər arasında əlaqələr müzakirə olundu - Baku TV

Dohada vacib görüş | Azərbaycanla Qətər arasında əlaqələr müzakirə olundu - Baku TV

Siyasət
06 dekabr 2025 234 baxış
Seçilmişlər
icon