Ukraynalı ekspertlər Ermənistanı qınadı
Aprelin 14-də Ermənistan paytaxtı İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılışı zamanı Azərbaycan bayrağına qarşı hücum və hörmətsizlik beynəlxalq mütəxəssislərin də qınağına səbəb olub.
Ukraynanın idman yarışları üzrə eksperti Oleq Şerbakovun sözlərinə görə, Beynəlxalq Olimpiya Komitəsi və bütün idman yarışlarının təşkilatçıları bu hadisəyə görə ciddi məsuliyyət daşıyırlar. Onlar əvvəldən fikirləşməli idilər ki, bu yarış harada keçirilir və kimlər açılışa dəvət olunur.
Politoloq Aleksandr Kovalenko isə deyib ki, bu halın baş verməsi ilə Ermənistan sivil ölkələrin gözündə özü üçün barbar imicini yaratdı. “Qarabağ məsələsinin diplomatik yolla həll edilməsinin zəruri olduğunu düşündüyümüz zamanda Ermənistan daxilində revanşist qüvvələrin olduğunu görürük. Bu, yolverilməz vandalizmdir. Özü də rəsmi beynəlxalq tədbir çərçivəsində edilən vandalizm”, – deyə o vurğulayıb.