Siyasət
Pleyeri seçin:

Vilayət Eyvazov türkiyəli həmkarı ilə görüşüb

07 sentyabr 2023

Sentyabrın 7-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan türkiyəli həmkarı Ali Yerlikayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan nazir dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla xatırladıb. Bildirib ki, asayişin və təhlükəsizliyin etibarlı qorunması vətəndaşlarımızın, xarici investorların, o cümlədən türkiyəli iş adamlarının ölkəmizin iqtisadiyyatına sərmayə qoymalarına və əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələrinə əlverişli şərait yaradıb.

Vilayət Eyvazov Azərbaycan Polisinin və DİN-in Daxili Qoşunlarının respublikada ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə əldə etdiyi müsbət nəticələri də nəzərə çatdıraraq fəaliyyətin təkmilləşdirilməsində Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin xüsusi rolunu və xidmətlərini məmnunluqla vurğulayıb.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Azərbaycanın sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlikdən məmnunluğunu ifadə edib. O, iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, əməkdaşlığın, təcrübə mübadiləsinin xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.

Seçki məntəqələrində keçirilən "exit-poll"la bağlı təşkilat tərəfdaşlarından mühüm açıqlama

Seçki məntəqələrində keçirilən "exit-poll"la bağlı təşkilat tərəfdaşlarından mühüm açıqlama

Siyasət
01 sentyabr 2024
Seçkilərin şəffaflığı bunu göstərir ki... | Beynəlxalq müşahidəçilər təəssüratlarını bölüşdü

Seçkilərin şəffaflığı bunu göstərir ki... | Beynəlxalq müşahidəçilər təəssüratlarını bölüşdü

Siyasət
01 sentyabr 2024
Şəffaf səsvermə keçirilir, çox şadam | Laçında seçki ilə bağlı son vəziyyət

Şəffaf səsvermə keçirilir, çox şadam | Laçında seçki ilə bağlı son vəziyyət

Siyasət
01 sentyabr 2024
Prezident İlham Əliyev Serbiyanın xarici işlər naziri Marko Curiçi qəbul etdi

Prezident İlham Əliyev Serbiyanın xarici işlər naziri Marko Curiçi qəbul etdi

Siyasət
01 sentyabr 2024
Yasamalda seçici səsvermə ilə bağlı təəssüratlarını bölüşdü

Yasamalda seçici səsvermə ilə bağlı təəssüratlarını bölüşdü

Siyasət
01 sentyabr 2024
Növbədənkənar parlament seçkiləri davam edir | Neçə nəfər səs verib?

Növbədənkənar parlament seçkiləri davam edir | Neçə nəfər səs verib?

Siyasət
01 sentyabr 2024
Məntəqələrimizdə veb-kameralar quraşdırılıb | Səsvermə ilə bağlı detallar

Məntəqələrimizdə veb-kameralar quraşdırılıb | Səsvermə ilə bağlı detallar

Siyasət
01 sentyabr 2024
Əsgəranda tarixi anlar | Seçicilər öz namizədlərinə səs verir

Əsgəranda tarixi anlar | Seçicilər öz namizədlərinə səs verir

Siyasət
01 sentyabr 2024
Məntəqədə qanun pozuntusu olmayıb | Zəngilanda seçki prosesi ilə bağlı açıqlama

Məntəqədə qanun pozuntusu olmayıb | Zəngilanda seçki prosesi ilə bağlı açıqlama

Siyasət
01 sentyabr 2024
İlk dəfə səsvermə hüququ olan yoxdur, amma ən yaşlı seçicinin yaşı... | Nərimanovda seçki prosesi

İlk dəfə səsvermə hüququ olan yoxdur, amma ən yaşlı seçicinin yaşı... | Nərimanovda seçki prosesi

Siyasət
01 sentyabr 2024
Seçilmişlər
icon