Xüsusi təyinatlılarımızın Pakistanda keçirilən “AMAN-25” təlimində iştirakı
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu Pakistanın Kəraçi şəhərində keçirilən "AMAN-25" çoxmillətli dəniz təlimində gəmilərin zəbt olunması tapşırığını icra ediblər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycanı təmsil edən sualtı hücum və sualtı müdafiə qrupları təlimin planına uyğun olaraq, yaşayış məntəqələrində antiterror əməliyyatları, açıq dənizdə gəmilərin zəbt olunması və müxtəlif ərazilərdə partlamamış mərmilərin və əldə düzəlmə partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə fəaliyyətlərin icrası zamanı yüksək peşəkarlıq nümayiş etdiriblər.
"Sülh naminə birlikdə" şüarı ilə keçirilən "AMAN-25" çoxmillətli təlimində dəniz xüsusi təyinatlıları qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər.
#Müdafiə Nazirliyi teqi istifadə olunub
- "Təşvişə düşməyin" | MN PUA uçuşları ilə bağlı əhaliyə müraciət etdi - Baku TV
- Azərbaycan Ordusunun PUA-ları ilə Bakı və Abşeronda təlim-məşq uçuşları həyata keçiriləcək - Baku TV
- MN-dən təcili açıqlama | Bakıda görünən dronlar müzakirələrə səbəb oldu - Baku TV
- Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb - Baku TV
- Azərbaycanın artan nüfuzu | "Baku TV" 8 yaşını qeyd edir | ABŞ-İran dialoqu - YENİ BİR SƏHƏR
