Siyasət
Pleyeri seçin:

Zakir Həsənov NATO-nun Baş katibi və nümayəndə heyəti ilə görüşdü

18 mart 2024

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 18-də Bakıda rəsmi səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb, hərbi əməkdaşlığı və regional təhlükəsizlik məsələlərini müzakirə edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Nazir 30 illik işğal dövründə və indiki mərhələdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə NATO-ya təşəkkür edib.

Nümayəndə heyətinə Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq Azərbaycan Ordusunda aparılan islahatlar, eləcə də azad edilən ərazilərdə görülən minatəmizləmə, bərpa-quruculuq işləri və Azərbaycan-Ermənistan şərti sərhədindəki cari vəziyyət barədə ətraflı məlumat verilib.

Müdafiə naziri NATO ilə əməkdaşlıqda əldə edilən uğurlardan danışıb, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Y.Stoltenberq Azərbaycan Ordusunun hərbi qulluqçularının sülhməramlı missiyalarda nümayiş etdirdiyi peşəkarlığı və NATO ilə tərəfdaşlıq çərçivəsində digər sahələrdə fəaliyyətlərini yüksək qiymətləndirib.

Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri ilə sıx əməkdaşlığının Azərbaycan-NATO münasibətlərinə də əhəmiyyətli töhfə verəcəyini xüsusi vurğulayıb.

Sonda kibertəhlükəsizlik, minatəmizləmə, eləcə də ikitərəfli hərbi əlaqələrin digər sahələrində inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

"Paşinyan ermənistan siyasətində ən ağıllı adamdır" | BAKU ANALİTİK

"Paşinyan ermənistan siyasətində ən ağıllı adamdır" | BAKU ANALİTİK

Siyasət
09 may 2024
Ermənistana kənardan müdaxilələr olmasa, sülh sazişi imzalana bilər | Millət vəkilindən açıqlama

Ermənistana kənardan müdaxilələr olmasa, sülh sazişi imzalana bilər | Millət vəkilindən açıqlama

Siyasət
09 may 2024
Ermənilər özlərinə saxta tarix yaratmaq istəyirlər | Telegram kanallarındakı yalan məlumat

Ermənilər özlərinə saxta tarix yaratmaq istəyirlər | Telegram kanallarındakı yalan məlumat

Siyasət
09 may 2024
Həm Rusiyanın, həm də Qərbin planına görə Zəngəzur dəhlizi reallaşacaq

Həm Rusiyanın, həm də Qərbin planına görə Zəngəzur dəhlizi reallaşacaq

Siyasət
09 may 2024
QAİ Fransanın Ermənistandakı səfirinin destruktiv mövqeyinə qarşı bəyanat yaydı

QAİ Fransanın Ermənistandakı səfirinin destruktiv mövqeyinə qarşı bəyanat yaydı

Siyasət
09 may 2024
Paşinyanın Putindən gözlənilməz xahişi | Peskovdan açıqlama

Paşinyanın Putindən gözlənilməz xahişi | Peskovdan açıqlama

Siyasət
09 may 2024
5 il əvvəl Paşinyana Kəlbəcər və Laçınla bağlı nə təklif edilib? | Erməni siyasətçidən açıqlama

5 il əvvəl Paşinyana Kəlbəcər və Laçınla bağlı nə təklif edilib? | Erməni siyasətçidən açıqlama

Siyasət
09 may 2024
Putin Paşinyanın ipini yığdımı? | Görüş Azərbaycana nə vəd edir?

Putin Paşinyanın ipini yığdımı? | Görüş Azərbaycana nə vəd edir?

Siyasət
09 may 2024
Ermənistandan uydurma Tavuş hərəkatının etirazlarına reaksiya | Qanunsuz hərəkət edənlər…

Ermənistandan uydurma Tavuş hərəkatının etirazlarına reaksiya | Qanunsuz hərəkət edənlər…

Siyasət
09 may 2024
Prezident və birinci xanım Həzi Aslanovun məzarını ziyarət etdi

Prezident və birinci xanım Həzi Aslanovun məzarını ziyarət etdi

Siyasət
09 may 2024
Seçilmişlər
icon