Siyasət
Pleyeri seçin:

Zakir Həsənov Sahir Şamşad Mirzanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi

28 oktyabr 2024

Müdafiə naziri Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Sahir Şamşad Mirzanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir ölkələrimiz arasında hərbi əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.

Azərbaycan, Pakistan və Türkiyə arasında həyata keçirilən ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Müdafiə naziri Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti ilə bağlı Pakistan nümayəndə heyətini məlumatlandırıb.

General Sahir Şamşad Mirza Azərbaycan-Pakistan hərbi əməkdaşlığının inkişaf etdirilməsində qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırıb.

Daha sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüşüb.

Baş Qərargahda keçirilən görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti müzakirə edilib və daha da möhkəmləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycan-Pakistan-Türkiyə ikitərəfli və üçtərəfli birgə təlimlərinin intensivliyinin artırılmasının zəruriliyi qeyd edilib, eləcə də qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Aİ “müşahidəçi”lərinin sərhəddəki fəaliyyəti ifşa edildi | Anbaan görüntülər yayıldı

Aİ “müşahidəçi”lərinin sərhəddəki fəaliyyəti ifşa edildi | Anbaan görüntülər yayıldı

Siyasət
22 noyabr 2024
Almaniya XİN başçısı COP29-da emissiyaların azaldılmasının önəmini vurğuladı

Almaniya XİN başçısı COP29-da emissiyaların azaldılmasının önəmini vurğuladı

Siyasət
22 noyabr 2024
İlham Əliyev ədliyyə naziri Fərid Əhmədovla bağlı sərəncam imzaladı

İlham Əliyev ədliyyə naziri Fərid Əhmədovla bağlı sərəncam imzaladı

Siyasət
22 noyabr 2024
COP29 sədrliyindən vacib bəyanat | Əsas hədəflə bağlı hansı irəliləyişlər var?

COP29 sədrliyindən vacib bəyanat | Əsas hədəflə bağlı hansı irəliləyişlər var?

Siyasət
22 noyabr 2024
Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Siyasət
22 noyabr 2024
Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Siyasət
22 noyabr 2024
COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

Siyasət
22 noyabr 2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul etdi

İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul etdi

Siyasət
22 noyabr 2024
COP29-da dünya tarixinə damğa vuracaq qərar veriləcək? - BAKU AKTUAL

COP29-da dünya tarixinə damğa vuracaq qərar veriləcək? - BAKU AKTUAL

Siyasət
22 noyabr 2024
Stiven Kornelius COP29-da həyəcan təbili çaldı | Həyatımız təhlükə altında olacaq

Stiven Kornelius COP29-da həyəcan təbili çaldı | Həyatımız təhlükə altında olacaq

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon