Pleyeri seçin:

Zəngəzur dəhlizinin açılması… | Rusiya və İranın mövqeyi eynidir?

15 fevral 2025 449 baxış

“Rusiya və İranın regionda nəqliyyat kommunikasiyalarının açılmasına yanaşmaları oxşardır”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin bəyanatını şərh edərkən deyib.

“Bu, 2025-ci il yanvarın 17-də Moskvada imzalanmış Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişdə təsdiqlənib. Tərəflər qonşu regionlarda, o cümlədən Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qorunmasına töhfə verirlər”, – Zaxarova bildirib.

Onun sözlərinə görə, yeganə fərq odur ki, Rusiya Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpası ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin iştirakı ilə üçtərəfli işçi qrupunun üzvüdür:

“Bu qrup çərçivəsində artıq həm hüquqi bazanın, həm də texniki parametrlərin əlaqələndirilməsi, Ermənistanla Azərbaycan arasında nəqliyyat marşrutlarının bərpası istiqamətində böyük işlər görülüb. Kommunikasiyaların blokdan çıxarılmasının əsas prinsipi dövlətlərin öz ərazisindən keçən marşrutlar üzərində suverenliyini və yurisdiksiyasını qorumaqdır. Bu şərt həm Bakı, həm də İrəvan tərəfindən bəyənilib. Təəssüf ki, erməni tərəfinin mövqeyinə görə qrupun işi dondurulub”.

O, Rusiyanın tam əməkdaşlığı bərpa etməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, İran səfiri fevralın 6-da keçirdiyi mətbuat konfransında bildirmişdi ki, region ölkələri arasında yalnız İran Zəngəzur dəhlizi məsələsində Ermənistanın mövqeyini dəstəkləyir. Rusiyanın mövqeyi ilə bağlı o, deyib:

“Başqa ölkələrin mövqeyini bizimki ilə müqayisə edin. Əgər onların mövqeyi bizimkinə uyğun gəlmirsə, deməli, bizdə ziddiyyətlər var. Bizim üçün milli maraqlarımız əsas rol oynayır, bunun üçün güzəştə gedə, sövdələşmə apara bilmərik”.

Banner
Zelenski G20 sammitində iştirak edəcək? | Bakı-İrəvan sülh prosesi müzakirə olunub - YENİ BİR SƏHƏR

Zelenski G20 sammitində iştirak edəcək? | Bakı-İrəvan sülh prosesi müzakirə olunub - YENİ BİR SƏHƏR

Siyasət
02 noyabr 2026 449 baxış
İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV

İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV

Siyasət
02 noyabr 2026 449 baxış
Hörmüz boğazındakı sualtı kabellərə mümkün hücum Azərbaycana və dünyaya necə təsir edəcək?

Hörmüz boğazındakı sualtı kabellərə mümkün hücum Azərbaycana və dünyaya necə təsir edəcək?

Siyasət
01 noyabr 2026 449 baxış
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

Siyasət
01 noyabr 2026 449 baxış
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 449 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 449 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 449 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 449 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 449 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 449 baxış
Seçilmişlər
icon