Pleyeri seçin:

Zərərçəkmiş şəxslərin hüquqi varisləri dindirildi | Baş Prokurorluqdan təcili açıqlama

28 avqust 2024 455 baxış

Erməni silahlı birləşmələri 1992-ci il 28 avqust tarixində gecə saat təxminən 05 radələrində modeli və markası istintaqa dəqiq məlum olmayan avtomat konstruksiyalı odlu silahlarla məhz azərbaycanlı olduğuna görə Ballıqaya kəndində məskunlaşmış 5 ailədən ibarət əhalini məhv etmək üçün rəhmsizlik nümayiş etdiriblər.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin Xüsusilə Mühüm İşlər üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri Tural Məhərrəmov bildirib.

“Onlar çoxsaylı atəşlər açmaqla xüsusi amansızlıqla hücum edib alaçıqları güllələməklə, zərərçəkmiş şəxslərə məxsus əmlakı od vurub yandırmaqla hər kəsi öldürdüklərini güman edib hadisə yerindən gəldikləri istiqamətdə uzaqlaşıb.

Nəticədə 5 ailənin üzvləri olan 24 nəfəri (o cümlədən yetkinlik yaşına çatmayan 7 nəfər və 70 yaşdan yuxarı ahıl yaşlı 1 nəfər) kəskin qanitirmə ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ümumilikdə ağır zərər vurmaya aid müxtəlif bədən xəsarətləri (güllə yaraları) yetirərək hadisə yerində qəsdən öldürüb, 9 nəfəri bədənlərinin müxtəlif nahiyələrindən müxtəlif dərəcəli bədən xəsarətləri alıb, alaçıqlarda gizləndikləri üçün həyatda qalmaqla onları öldürə bilməyiblər”, – o qeyd edib.

Tural Məhərrəmovun sözlərinə görə, cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi ilə müəyyən edilib ki, Laçın rayonundan o vaxtı məcburi köçkün düşmüş şəxslər Ballıqaya kəndinin dağlıq hissəsində “fin evi” adlanan tikilidə və 4 alaçıqda məskunlaşıblar:

“Onlar həmin gecə təxminən 9 nəfər silahlı erməni hərbçisi tərəfindən ümumi təhlükəli üsulla odlu silahlardan atılmış atəşlər nəticəsində qəsdən öldürülmüş və daha sonra yaşadıqları alaçıqlar od vurulmaqla yandırılıblar.

“Fin evi” adlanan tikili tamamilə yanıb, içərisindən bir qadın və 6 uşaq meyiti, 1-ci alaçıqdan 6 meyit, 2-ci alaçıqdan 4 meyit, 3-cü alaçıqdan 1 yaralı uşaq və 2 meyit, 4-cü alaçıqdan 2 meyit və 2 yaralı uşaq, “Belarus” markalı traktorun yaxınlığından isə 3 meyit aşkar edilib. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir”.

Banner
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

Siyasət
01 noyabr 2026 455 baxış
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 455 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 455 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 455 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 455 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 455 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 455 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 455 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 455 baxış
Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Siyasət
30 oktyabr 2026 455 baxış
Seçilmişlər
icon