Pleyeri seçin:

Texnologiya dünyasının nəhəng simasından etiraf | Müzakirələrə səbəb olan açıqlama

13 yanvar 2025 819 baxış

Texnologiya dünyasının iki nəhəng siması – Mark Zukerberq və Co Roqan texnologiyanın gələcəyi və istifadəçi azadlığı mövzusunda maraqlı müzakirələr aparıblar.

“Meta” şirkətinin rəhbəri M.Zukerberq “Apple”ın son böyük yeniliyinin “iPhone” olduğunu və bu cihazın Stiv Cobsun irsinin zirvəsi kimi tarixdə yer aldığını bildirib.

Söhbət zamanı Co Roqan bir texnoloji şirkətdən asılı olma qorxusu ilə “iPhone”dan “Android”ə keçdiyini etiraf edib.

M.Zukerberq “Apple”ın qapalı ekosistemini tənqid edərək bu modelin digər istifadəçilər üçün ciddi maneələr yaratdığını vurğulayıb. Xüsusilə “AirPods” kimi məhsulların bazarda rəqabəti məhdudlaşdırdığını və istifadəçiləri daha yaxşı seçimlərdən məhrum etdiyini qeyd edib.

M.Zukerberq həmçinin “Apple”ın istifadəçi məxfiliyi və tətbiq siyasəti ilə bağlı sərt mövqeyini də müzakirəyə çıxarıb. O, “WhatsApp” üzərindən istifadəçi mesajlarına giriş tələb etdiyini etiraf edərək, məxfiliyin qorunmasının vacibliyini vurğulayıb.

M.Zukerberq Cozef Bayden Administrasiyasının sosial mediaya tətbiq etdiyi senzura təzyiqlərindən də narazılığını ifadə edib. O, kəşfiyyat orqanlarının “WhatsApp” istifadəçilərinin mesajlarını oxuduğunu etiraf edib.

Bu söhbət texnologiya sahəsində azadlıq, innovasiya və məxfilik mövzularında yeni müzakirələrə səbəb olub və istifadəçilərin gələcəkdə necə seçim edəcəkləri ilə bağlı suallar yaradıb.

Banner
Süni intellektdən istifadə edənlər gündə 90 dəqiqə daha çox işləyir

Süni intellektdən istifadə edənlər gündə 90 dəqiqə daha çox işləyir

Texnologiya
07 noyabr 2026 819 baxış
Humanoidlər və robot itləri real dağ şəraitində sınaqdan keçiriləcək

Humanoidlər və robot itləri real dağ şəraitində sınaqdan keçiriləcək

Texnologiya
04 noyabr 2026 819 baxış
İlon Mask "Blindsight" adlı məhsulu ictimaiyyətə təqdim edib

İlon Mask "Blindsight" adlı məhsulu ictimaiyyətə təqdim edib

Texnologiya
01 noyabr 2026 819 baxış
Orbitdəki peykdə hazırlanan ilk tam cavab Yerə ötürülüb

Orbitdəki peykdə hazırlanan ilk tam cavab Yerə ötürülüb

Texnologiya
01 noyabr 2026 819 baxış
Bakı startapları bir araya gətirdi | İnnovativ layihələrin təqdimatı keçirildi - Baku TV

Bakı startapları bir araya gətirdi | İnnovativ layihələrin təqdimatı keçirildi - Baku TV

Texnologiya
31 oktyabr 2026 819 baxış
Bakıda innovativ layihələr nümayiş olunur | Tədbirdən bağlantı - Baku TV

Bakıda innovativ layihələr nümayiş olunur | Tədbirdən bağlantı - Baku TV

Texnologiya
31 oktyabr 2026 819 baxış
Süni intellekt proqram təminatındakı təhlükəli boşluqları aşkar edir

Süni intellekt proqram təminatındakı təhlükəli boşluqları aşkar edir

Texnologiya
28 oktyabr 2026 819 baxış
Bakıda ilk dəfə beynəlxalq etik haker konfransı “CyberHackCon 2026” təşkil olundu - Baku TV

Bakıda ilk dəfə beynəlxalq etik haker konfransı “CyberHackCon 2026” təşkil olundu - Baku TV

Texnologiya
28 oktyabr 2026 819 baxış
Bakıda ilk beynəlxalq etik haker konfransı "CyberHackCon 2026" keçirildi - Baku TV

Bakıda ilk beynəlxalq etik haker konfransı "CyberHackCon 2026" keçirildi - Baku TV

Texnologiya
27 oktyabr 2026 819 baxış
Almaniyada yaradılan mərkəzdə humanoid robotlar real işlər üçün praktiki bacarıqlara yiyələnir

Almaniyada yaradılan mərkəzdə humanoid robotlar real işlər üçün praktiki bacarıqlara yiyələnir

Texnologiya
26 oktyabr 2026 819 baxış
Seçilmişlər
icon