Birotaqlı mənzildə yanğın baş verib
Bakının Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın baş verib.
Hadisə Ə.Topçubaşov küçəsi 46 ünvanında yerləşən mənzildə qeydə alınıb.
Yanğın Qəbələ rayon sakini 65 yaşlı Sevda Manzarinin yaşadığı bir otaqlı birotaqlı mənzildə baş verib. Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.
Hadisə yerinə FHN-nin yanğınsöndürmə briqadası və təcili tibbi yardım əməkdaşları çağırılıb. Yanğının söndürülüb, alovların digər mənzillərə keçməsinin qarşısı alınıb.
Hadisə nəticəsində, ev sahibi ciddi yanıq xəsarətləri alıb. Qonşuluqda yaşayan 17 yaşlı qız isə tüstüdən zəhərlənib. Hər iki yaralı dərhal dərhal xəstəxanaya çatdırılıb. Qızın vəziyyətinin yüngül olduğu deyilir.
Məlumata görə, Sevda Manzari mənzildə tək yaşayır.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu