Pleyeri seçin:

17 Noyabr - Azərbaycanda Milli Dirçəliş günüdür - Baku TV

17 noyabr 2026 81 baxış

17 Noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür.

Bu günün tarixi 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkül tapıb.

1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan Azadlıq meydanında Azərbaycan xalqının uzunmüddətli mitinqləri başlayıb. Çoxsaylı insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxıb. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilməyib.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirilib. Muxtar respublikanın adından sovet və sosialist sözləri çıxarılıb. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından sovet və sosialist sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi.

Bununla ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atıb. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olunub. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürülüb.

Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıb.

Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu, Milli Dirçəliş Günü 1992-ci il noyabrın 17-də elan olundu.

Banner
Qanunsuz reseptlər, firma dərmanları | Dərmanların ağ kağıza yazılması hüquqi məsuliyyət yaradır

Qanunsuz reseptlər, firma dərmanları | Dərmanların ağ kağıza yazılması hüquqi məsuliyyət yaradır

Cəmiyyət
17 noyabr 2026 81 baxış
"Varlı oğlan istəyirdim, amma qismət" | Məşhur kadrların qəhrəmanı 30 il sonra nələri etiraf etdi?

"Varlı oğlan istəyirdim, amma qismət" | Məşhur kadrların qəhrəmanı 30 il sonra nələri etiraf etdi?

Cəmiyyət
17 noyabr 2026 81 baxış
Azərbaycanda quş xəstəliklərinə qarşı profilaktik tədbirlər gücləndirilir - ƏSAS XƏBƏR

Azərbaycanda quş xəstəliklərinə qarşı profilaktik tədbirlər gücləndirilir - ƏSAS XƏBƏR

Cəmiyyət
17 noyabr 2026 81 baxış
2027-ci ildə yerli büdcələrin özünü təmin etməsi gözlənilir

2027-ci ildə yerli büdcələrin özünü təmin etməsi gözlənilir

Cəmiyyət
17 noyabr 2026 81 baxış
Xaricdə əmlak almaq investisiya baxımından sərfəlidirmi?

Xaricdə əmlak almaq investisiya baxımından sərfəlidirmi?

Cəmiyyət
17 noyabr 2026 81 baxış
Dini etiqad azadlığı və dövlət qulluğu | Məcəllədəki müddəa niyə təhrif olunur? - Baku TV CANLI

Dini etiqad azadlığı və dövlət qulluğu | Məcəllədəki müddəa niyə təhrif olunur? - Baku TV CANLI

Cəmiyyət
17 noyabr 2026 81 baxış
"6 nəfər 2 otaqda necə yaşasın?" - Qaz xətti qırıldı, ev çökdü - Ağac aşmasında şirkət günahkardır?

"6 nəfər 2 otaqda necə yaşasın?" - Qaz xətti qırıldı, ev çökdü - Ağac aşmasında şirkət günahkardır?

Cəmiyyət
17 noyabr 2026 81 baxış
Dotasiyanın dayanması rayonlarda məşğulluğa necə təsir edəcək? - Baku TV

Dotasiyanın dayanması rayonlarda məşğulluğa necə təsir edəcək? - Baku TV

Cəmiyyət
17 noyabr 2026 81 baxış
Xocavənd, Cəbrayıl və Zəngilanın kəndlərinə köç karvanları yola salındı - Baku TV

Xocavənd, Cəbrayıl və Zəngilanın kəndlərinə köç karvanları yola salındı - Baku TV

Cəmiyyət
17 noyabr 2026 81 baxış
"Bu, hamının narazılığına səbəb olur" | Tələbələrdən Tibb Universiteti barədə şikayət - Baku TV

"Bu, hamının narazılığına səbəb olur" | Tələbələrdən Tibb Universiteti barədə şikayət - Baku TV

Cəmiyyət
17 noyabr 2026 81 baxış
Seçilmişlər
icon