Pleyeri seçin:
Ağdamın Sarıcalı kəndinə növbəti köç karvanı yola salındı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdamın Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb.
Kəndə daha 39 ailə, yəni 153 nəfər köçürülüb. Onlardan 22 ailə Bakıdan, digərləri isə müxtəlif rayonlardan yola salınıb.
Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Sarıcalı kəndinə köçürülən ailələrin ümumi sayı 76-ya çatıb.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 minə yaxın insan yaşayır.
Kopyalandı
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
