Bakıda kilid altındakı tarixi məkan | "Qala içində qala"nın sirri
Baku TV Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, baxımsız vəziyyətdə olsa da, qədim tarixə malik Böyük Mərdəkan qəsrindən reportaj hazırlayıb.
Reportajda qəsrin interyeri və detalları tamaşaçılara nümayiş olunub. Bildirilib ki, 22 metr hündürlüyə malik bu abidənin daxilində yeraltı keçid və həyətində quyular mövcuddur.
Mərdəkan sakini Vidadi Yaftumov insanların abidəyə qarşı məsuliyyətsiz münasibətindən gileylənib:
“Bura zibil atırlar. Belə etmək olmaz. Hər bir vətəndaşın borcudur ki, tarixi abidələrə hörmətlə yanaşsın və onları təmiz saxlasın. Artıq 44 ildir ki, bu ərazidə çalışıram. Qəsri öz evim kimi görürəm”.
Onun sözlərinə görə, abidənin qapısı daim kilidli olur:
“İnsanlara etibar etmək çətindir. Təəssüf ki, cəmiyyətimizdə tarixə biganə yanaşanlar da var. Qəsrin içərisində çoxlu sayda dəyərli tarixi daşlar mövcuddur. Onları qorumaq üçün qalanın bağlı qalmasına üstünlük verilir”.
#Xəzər rayonu teqi istifadə olunub
- “Bu su ilə çiməndə daha da kirlənirsən” | Əhali şikayətləndi | “Cavan qızların beli sınır” - Baku TV
- Faktla bağlı araşdırma aparılır
- “Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV
- Əqrəblər Bakıda 2 nəfəri xəstəxanalıq etdi: Mütəxəssislərdən təcili xəbərdarlıq - Baku TV CANLI
- Münasibəti bərpa etmək istəmədi, canından oldu | Xəzər rayonunda dəhşətli qətl - Baku TV
