Pleyeri seçin:

Baku TV-nin DİN ilə birgə keçirdiyi gizli narkotik əməliyyatı

28 iyul 2023 284 baxış

Baku TV-yə Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən baytarlıq aptekinə daimi olaraq narkotik alverçilərinin gəldiyi ilə bağlı məlumat daxil olub.

Xüsusi müxbir Toğrul Kamalov gizli çəkiliş vasitəsilə iddianı araşdırmaq üçün sözügedən ünvanda olub.

O, narkotik almaq adı ilə ərazidəki şəxsdən alverçilərin buraya əsasən axşam saatlarında gəldiklərini öyrənib. Axşam yenidən həmin ünvana gedən jurnalist burada narkotik alverinin həyata keçirildiyini aşkarlayıb.

Daha sonra məsələ ilə bağlı Daxili İşlər Nazirliyi məlumatlandırılıb və qərara gəlinib ki, birgə müşahidə qrupu yaradılsın. Polis əməkdaşlarının həmin ərazidə keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş şəxslər – Rauf Cəfərov, Elnur Əlizadə, Hüseyn Əliyarov və Vahid Məmmədov saxlanılıblar.

Araşdırma zamanı həmin şəxslər narkotik vasitə aludəçiləri olduqlarını, qeyd edilən ünvanda yerləşən aptekdən isə narkotik vasitə istifadə etmək üçün şpris aldıqlarını, lakin aptekdə narkotik vasitələrin satışının təşkil olunmadığını bildiriblər. Eyni zamanda saxlanılmış şəxslərdən Rauf Cəfərov, Hüseyn Əliyarov və Elnur Əlizadə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb ediliblər. Vahid Məmmədovun üzərindən isə narkotik maddə aşkarlandığından faktla bağlı cinayət işi başlanılıb.

Həmçinin araşdırma zamanı qeyd olunan baytarlıq aptekinin lisenziya əsasında işləməsi məlum olub, aptekdə narkotik vasitələrin qanunsuz satışının təşkil olunması faktı isə təsdiqini tapmayıb.

Rəqs müəllimi kimi tanınan Nicat Azadlı barədə qalmaqallı iddia - Baku TV CANLI

Rəqs müəllimi kimi tanınan Nicat Azadlı barədə qalmaqallı iddia - Baku TV CANLI

Cəmiyyət
02 oktyabr 2026 284 baxış
“İnsan gözünü dörd açsın ki...” | Pulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Baku TV

“İnsan gözünü dörd açsın ki...” | Pulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Baku TV

Cəmiyyət
02 oktyabr 2026 284 baxış
Məşhur Göyçay narını xəstəlik vurdu: bu il nar tapmaq çətin olacaq? - Baku TV CANLI

Məşhur Göyçay narını xəstəlik vurdu: bu il nar tapmaq çətin olacaq? - Baku TV CANLI

Cəmiyyət
02 oktyabr 2026 284 baxış
Avtobuslar bu zolaqdan niyə keçmir? | Yeni xətlənmə rahatlıq yox, risk yaradır? - NECƏ OLMALIDIR?

Avtobuslar bu zolaqdan niyə keçmir? | Yeni xətlənmə rahatlıq yox, risk yaradır? - NECƏ OLMALIDIR?

Cəmiyyət
02 oktyabr 2026 284 baxış
Ağız sağlamlığındakı pozuntular orqanizmə müxtəlif təsirlər göstərə bilər

Ağız sağlamlığındakı pozuntular orqanizmə müxtəlif təsirlər göstərə bilər

Cəmiyyət
02 oktyabr 2026 284 baxış
Xalq artistləri və tanınmış aktyorlar bir arada | Şəkidə V Beynəlxalq Teatr Festivalı - Baku TV

Xalq artistləri və tanınmış aktyorlar bir arada | Şəkidə V Beynəlxalq Teatr Festivalı - Baku TV

Cəmiyyət
02 oktyabr 2026 284 baxış
Azərbaycan təcrübəsi bu dəfə Karib hövzəsinə ixrac olunur - Baku TV

Azərbaycan təcrübəsi bu dəfə Karib hövzəsinə ixrac olunur - Baku TV

Cəmiyyət
02 oktyabr 2026 284 baxış
Tbilisiyə daha sərfəli qiymətə getmək mümkün olacaq - Baku TV

Tbilisiyə daha sərfəli qiymətə getmək mümkün olacaq - Baku TV

Cəmiyyət
02 oktyabr 2026 284 baxış
Adi görünən bir səhlənkarlıq kütləvi zəhərlənmə ilə nəticələnə bilər - Baku TV

Adi görünən bir səhlənkarlıq kütləvi zəhərlənmə ilə nəticələnə bilər - Baku TV

Cəmiyyət
02 oktyabr 2026 284 baxış
Azad torpaqlarda təhlükəsiz həyat üçün genişmiqyaslı əməliyyat davam edir - Baku TV

Azad torpaqlarda təhlükəsiz həyat üçün genişmiqyaslı əməliyyat davam edir - Baku TV

Cəmiyyət
02 oktyabr 2026 284 baxış
Seçilmişlər
icon