Pleyeri seçin:

Bir oğlu evini soydu, digəri üz döndərdi | Xurşidbanu Natəvan necə müflis oldu?

08 mart 2024 605 baxış

Xan qızı Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada dünyaya göz açıb.

Atası Mehdiqulu xan ona anasının adını vermişdi. Xurşidbanu xanın yeganə övladı olduğu üçün onu tək inci mənasına gələn “Dürrü yekta” çağırardılar. Lakin son dövrdə aparılan araşdırmalar zamanı Xan qızının ailənin tək övladı olmaması məlum olub. Xurşidbanu Natəvana qədər Mehdiqulu xanın iki oğlu dünyayı gəlib, lakin onlar çox az yaşayıb.

Bəzi ehtimallara görə, bu dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilmiş və Xurşidbanu Vorontsov Daşkovun şəxsi yavəri, dağıstanlı general-mayor Xasay xan Usmiyevlə izdivaca məcbur edilmişdi. Lakin araşdırmaçılar bu ehtimalın doğru olmadığını diqqətə çatdırır.

Xan qızının Qarabağ bəyinə yox, kənar şəxsə ərə getməsi nəslindən olan bəzi şəxslər tərəfindən yaxşı qarşılanmayıb. Mehdiqulu xanın qardaşı oğlu Cəfərqulu bəy bu izdivacı heç cür qəbul edə bilmirdi. Qasım bəy Zakir, Abdulla Asi və başqaları öz şeirlərində Xasay xanın ünvanına atmacalar atardılar. Xasay xanın sağ gözünün giləsini ağ pərdə örtdüyündən şairlər buna işarə edərək onu kinayə ilə "kor Xasay" adlandırıblar.

Xan qızının Xasay xandan Mehdiqulu və Xanbikə adında iki övladı olub. Yaradıcılığa məhz bu illərdə başlayan Xurşidbanu ilk vaxtlar şeirlərini "Xurşid" imzası ilə yazıb. Xurşidbanu həm də istedadlı rəssam olub. Onun bədii tikmələri, “Gül dəftəri” adlı albomundakı rəsmlər buna sübutdur.

Xurşidbanu Natəvanın həyatındakı maraqlı faktlardan biri də onun 1858-ci ildə Bakıda məşhur fransız yazıçısı Aleksandr Düma ilə görüşməsi olub. Bu görüş haqqında məlumat A.Dümanın "Qafqaza səyahət" kitabında öz əksini tapır. Bəzi iddialara görə, həmin görüş zamanı Xan qızı Aleksandr Düma ilə şahmat oynayıb və fransız yazıçısına qalib gəlib.

Bir versiyaya görə, anasının vəfatından sonra ailəsinin təkidi ilə Xasay Usmiyev vətəni Dağıstana döndüyü zaman həyat yoldaşı Xurşidbanunu da özü ilə aparmaq istəyib. Lakin Xan qızı Dağıstanda həmişəlik yaşamağı qəbul etməyib və onlar 1864-cü ildə ayrılıblar. Lakin bəzi tarixçilər Xasay xanın siyasi məsələlər üçün Dağıstana qayıtdığını yazırlar.

Natəvan 1869-cu ildə Seyid Hüseyn adlı kasıb şuşalıya ərə gedir. Seyid Hüseyn papaqçı olmaqla yanaşı, həm də mollalıq edərdi. Bu evlilikdən Xan qızının üç oğlu dünyaya gəlir. Onun Seyid Hüseynə ərə getməsi bəy və mülkədarları qəzəbləndirmişdi. Onlar Natəvanın ailə üzvləri arasında nifaq salırdılar. Xasay xandan olan oğlu Mehdiqulu xan baş götürüb evdən gedir.

Xan qızı isə ömru boyu qınaq və töhmətlərdən yaxa qurtara bilmir. Seyid Hüseyndən olma oğlu Mir Abbasın 17 yaşında vəfatı Xan qızına ağır təsir etdiyindən uzun müddət Natəvan bu ağır dərddən özünə gələ bilmir. Bəzi mənbələrin yazdığına görə, məhz oğlunun vaxtsız ölümü səbəbindən Xurşidbanu özünə “Natəvan” təxəllüsünü götürür.

Xəstəlik və məhrumiyyətlər, xüsusilə birinci ərindən olan övladları ilə ikinci ərindən olan uşaqları arasında torpaq-mülk ixtilafları Natəvanın onsuz da çətin olan vəziyyətini daha da ağırlaşdırır. Elə bu illərdə onun evindən xeyirxah məqsədlər üçün ayrılmış bir sandıq qızıl pul və qiymətli əşyalar oğurlanır. Bu hadisə Natəvanın Arazdan Mil düzünə çəkdirməyə başladığı arxın yarımçıq qalmasına səbəb olur.

Bütün bu çətinliklər, maddi və mənəvi sıxıntılar nəticəsində Natəvanın xəstəliyi və daxili iztirabları getdikcə şiddətlənir və o, 1897-ci il oktyabr ayının 1-də Şuşada vəfat edir. Dəfn mərasimində iştirak edən camaat hörmət əlaməti olaraq şairənin cənazəsini Şuşadan Ağdama qədər piyada aparır.

Xan qızı Ağdamda “İmarət” deyilən ailə qəbiristanlığında dəfn olunur. Onun Bakıda heykəli, Şuşada büstü, Ağdamda isə qəbirüstü abidəsi qoyulub.

21 yaşında şəhadətə ucalan qəhrəman | "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam" - Baku TV

21 yaşında şəhadətə ucalan qəhrəman | "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam" - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 605 baxış
Alim Qasımovun iştirak etdiyi layihə müzakirə yaratdı - Baku TV

Alim Qasımovun iştirak etdiyi layihə müzakirə yaratdı - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 605 baxış
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Baku TV

Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 605 baxış
176 ailə üçün yeni mənzillər tikiləcək | Qubadlıda müasir yaşayış məhəlləsi salınır - Baku TV

176 ailə üçün yeni mənzillər tikiləcək | Qubadlıda müasir yaşayış məhəlləsi salınır - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 605 baxış
“İstədiyim qədər pul versələr də, buna “yox” demərəm” | Səyyah Azər Qərib, əslində, kimdir?

“İstədiyim qədər pul versələr də, buna “yox” demərəm” | Səyyah Azər Qərib, əslində, kimdir?

Cəmiyyət
21 sentyabr 2026 605 baxış
Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər məbədini ziyarət ediblər - Baku TV

Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər məbədini ziyarət ediblər - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 605 baxış
Bakı və rayonlarda hava necə olacaq? - Baku TV CANLI

Bakı və rayonlarda hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 605 baxış
“Keçəndə başımıza tökülür” | Yuxarı mərtəbədən gələn “sürpriz”lərdən necə qorunaq? - Baku TV

“Keçəndə başımıza tökülür” | Yuxarı mərtəbədən gələn “sürpriz”lərdən necə qorunaq? - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 605 baxış
“Şamaxinka”da beş marşrut yeni dayanacaqlardan hərəkət edəcək - Baku TV

“Şamaxinka”da beş marşrut yeni dayanacaqlardan hərəkət edəcək - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 605 baxış
“Şamaxinka”da hansı marşrutlar yeni dayanacaqlardan hərəkət edəcək? - Baku TV CANLI

“Şamaxinka”da hansı marşrutlar yeni dayanacaqlardan hərəkət edəcək? - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 605 baxış
Seçilmişlər
icon