Cəbrayıla növbəti köç karvanı yola salındı
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün növbəti köç karvanı Cəbrayıla yola düşüb.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Cəbrayıl şəhərinə daha 42 ailə, yəni 206 nəfər köçürülüb.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 30 mindən çox insan yaşayır.
Xatırladaq ki, yanvarın 16-da Cəbrayıl şəhərinə 32 ailə, yəni 153 nəfər köçürülmüşdü.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
