Pleyeri seçin:

“Din inkişafdan saxlayır” fikrinə şair Kamal Hüseynzadədən iddialı cavab - AMİN

24 sentyabr 2026 256 baxış

“Amin” verilişinin yeni buraxılışında şair, Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri Kamal Hüseynzadə ilə poeziya, mənəviyyat, metafizik təfəkkür və dinin insanın inkişafındakı rolu barədə fikir mübadiləsi aparılıb.

O, dinin insanı inkişafdan saxlaması haqqındakı iddialara cavab verərək sənətdəki iddialı mövqeyini belə ifadə edib:

“Dinin insanı inkişafdan saxlaması ilə bağlı iddialara qarşı öz meydanımı ortaya qoydum. Əgər eyni sahədəyiksə və inkişaf üçün vaxtımız da eynidirsə, bütün ateistlərin arasında məndən yaxşı şeir yazan varsa, buyursun, iddia etsin ki, din səni inkişafdan saxlayıb. Mən gün ərzində 15-16 saat başqa işlərdə çalışa-çalışa bir şair kimi öz üzərimdə işləmişəm. Əgər din insanı inkişafdan saxlasaydı, məni də saxlayardı. İnsan Allah üçün iş görürsə, yalnız nəticəyə fokuslanmış dünyapərəst birindən necə keyfiyyətsiz iş ortaya qoya bilər? Ona görə də Allaha inanan şairdən daha güclü yaza bilməzlər”.

Kamal Hüseynzadə həmçinin əsl poeziyanın təməlini mənəviyyatdan və irrasional düşüncədən ayrı təsəvvür etməyin mümkün olmadığını bildirib:

“Sənət mənəviyyatdan ayrı ola bilməz, çünki o, maddi deyil. Poeziyanın təməli həmişə mistik və metafizik təfəkkürə dayanır. Bütün fikirlərin arxasında Mütləq (Allah) durmursa, o sözlər zəif olacaq, əbədiyyətə və gözəlliyə çatmayacaq. Qəlbi yalnız Mütləq ölçülər və əbədiyyət qane edə bilər. Şair oxucuya özünü göstərmək üçün deyil, səmimi yazmalıdır. Səmimiyyətdən uzaq sənətdə bərəkət ola bilməz”.

Banner
“Elə indi ustaya gedirəm bunlara görə” | Buzovna sakinləri şikayət etdi - Baku TV

“Elə indi ustaya gedirəm bunlara görə” | Buzovna sakinləri şikayət etdi - Baku TV

Cəmiyyət
13 noyabr 2026 256 baxış
“Beynimdən travma almışam, hər yerim ağrıyır” | 59 yaşlı qadının pensiyası niyə kəsilib? - Baku TV

“Beynimdən travma almışam, hər yerim ağrıyır” | 59 yaşlı qadının pensiyası niyə kəsilib? - Baku TV

Cəmiyyət
13 noyabr 2026 256 baxış
Təhsildə rekord dövlət sifarişi: Əmək bazarının hansı ehtiyacları əsas götürülməlidir?

Təhsildə rekord dövlət sifarişi: Əmək bazarının hansı ehtiyacları əsas götürülməlidir?

Cəmiyyət
13 noyabr 2026 256 baxış
Dövlət sifarişli təhsil yerlərinin sayı 38 mini ötüb | Əmək bazarının tələbləri dəyişir? - Baku TV

Dövlət sifarişli təhsil yerlərinin sayı 38 mini ötüb | Əmək bazarının tələbləri dəyişir? - Baku TV

Cəmiyyət
13 noyabr 2026 256 baxış
Məktəb kitablarının məzmunu: uşaq bu dərslikdən nə öyrənir? - AKTUAL GÜNDƏM

Məktəb kitablarının məzmunu: uşaq bu dərslikdən nə öyrənir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
13 noyabr 2026 256 baxış
"Söz insanı həm güldürür, həm kədərləndirir" | Novxanı sakininin düşündürən həyat hekayəsi

"Söz insanı həm güldürür, həm kədərləndirir" | Novxanı sakininin düşündürən həyat hekayəsi

Cəmiyyət
13 noyabr 2026 256 baxış
“Ürəyim ağrıyır, həyəcan keçirirəm, ay Allah!” | Kürdəmirdə sakinlər imdad dilədi - Baku TV

“Ürəyim ağrıyır, həyəcan keçirirəm, ay Allah!” | Kürdəmirdə sakinlər imdad dilədi - Baku TV

Cəmiyyət
13 noyabr 2026 256 baxış
Buzovna sakinləri yolun vəziyyətindən narazıdır | Məsələ nə zaman öz həllini tapacaq? - Baku TV

Buzovna sakinləri yolun vəziyyətindən narazıdır | Məsələ nə zaman öz həllini tapacaq? - Baku TV

Cəmiyyət
13 noyabr 2026 256 baxış
Pirşağıda acınacaqlı yol problemi | Bakı Abadlıq Xidməti məsələni necə açıqladı? - Baku TV

Pirşağıda acınacaqlı yol problemi | Bakı Abadlıq Xidməti məsələni necə açıqladı? - Baku TV

Cəmiyyət
13 noyabr 2026 256 baxış
Kəndlinin mənfəətindən 2 faiz tutulacaq: bazarda bahalaşma olacaq? - AKTUAL GÜNDƏM

Kəndlinin mənfəətindən 2 faiz tutulacaq: bazarda bahalaşma olacaq? - AKTUAL GÜNDƏM

Cəmiyyət
13 noyabr 2026 256 baxış
Seçilmişlər
icon