Pleyeri seçin:

Dinozavrların məhvi niyə qaçılmaz idi? | Alimlər sirri açdılar

19 fevral 2025 535 baxış

Təxminən 65 milyon il əvvəl dinozavrların nəsli kəsilib və Yer kürəsində meyvə ağaclarının çiçəkləndiyi bir mühit yaranıb. Bu olay primatların təkamülünə səbəb olub.

“Teleqraf” xəbər verir ki, bunu “Paleontology” jurnalında dərc olunan yeni araşdırma sübut edir.

Tədqiqatçılar dinozavrların nəslinin kəsilməsinin meyvələrin təkamülündə həlledici rol oynadığına dair nəzəriyyəyə yeni dəlillər tapıblar. Məsələn, zauropodlar adlanan nəhəng dinozavrlar qrupu ətraf mühiti ciddi dərəcədə dəyişdirərək ağacları məhv edib, bitki örtüyünü yeyib.

Alimlərin fikrincə, dinozavrlar dövründə bitki toxumlarının ölçüsü kiçik, meyvələr isə nadir idi. Nəhəng dinozavrların ətraf mühitə təsiri o qədər güclü olub ki, onların nəsli kəsildikdən sonra meşələr yenidən sıxlaşıb.

Uzun illər sonra tədqiqatçılar bunun böyük toxumlar və meyvələrin eksponensial artımına səbəb ola biləcəyi iddiasını irəli sürüblər. Çünki sıx meşələrdə işıq uğrunda rəqabət ağacları qonşularından daha hündür olmağa və sürətli böyüməyə sövq edirdi, ona görə də böyük toxumlardan əmələ gələn ağaclar bu baxımdan üstünlüyə malik idilər. Sonralar iri toxumlar, meyvələr bir çox heyvanlar və primat əcdadlarımızın əsas qida mənbəyinə çevrilib. Ancaq bu nəzəriyyə fosillər tərəfindən təsdiqlənməyib.

“İlk baxışdan dinozavrların nəslinin kəsilməsi nəticəsində yaranan qaranlıq meşə örtüyü əhəmiyyətsiz görünsə də, meyvə yeyən primat əcdadlarımızın təkamülünə birbaşa təsir göstərə bilərdi”, – tədqiqatın həmmüəllifi Kristofer Douti deyir.

Yeni araşdırmada elm adamları daha qaranlıq meşə örtüyü səbəbindən toxum və meyvələrin ölçüsünün artdığı bir simulyasiya yaradıblar. Bu, 65 milyon il əvvəl dinozavrların yox olması ilə bağlı baş verənlərə uyğun gəlir.

Alimlərin sözlərinə görə, onların modelləri zamanla toxumlar və heyvanların ölçüsündə müşahidə olunan tendensiyaları dəqiq şəkildə təkrarlayır.

21 yaşında şəhadətə ucalan qəhrəman | "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam" - Baku TV

21 yaşında şəhadətə ucalan qəhrəman | "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam" - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 535 baxış
Alim Qasımovun iştirak etdiyi layihə müzakirə yaratdı - Baku TV

Alim Qasımovun iştirak etdiyi layihə müzakirə yaratdı - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 535 baxış
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Baku TV

Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 535 baxış
176 ailə üçün yeni mənzillər tikiləcək | Qubadlıda müasir yaşayış məhəlləsi salınır - Baku TV

176 ailə üçün yeni mənzillər tikiləcək | Qubadlıda müasir yaşayış məhəlləsi salınır - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 535 baxış
“İstədiyim qədər pul versələr də, buna “yox” demərəm” | Səyyah Azər Qərib, əslində, kimdir?

“İstədiyim qədər pul versələr də, buna “yox” demərəm” | Səyyah Azər Qərib, əslində, kimdir?

Cəmiyyət
21 sentyabr 2026 535 baxış
Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər məbədini ziyarət ediblər - Baku TV

Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər məbədini ziyarət ediblər - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 535 baxış
Bakı və rayonlarda hava necə olacaq? - Baku TV CANLI

Bakı və rayonlarda hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 535 baxış
“Keçəndə başımıza tökülür” | Yuxarı mərtəbədən gələn “sürpriz”lərdən necə qorunaq? - Baku TV

“Keçəndə başımıza tökülür” | Yuxarı mərtəbədən gələn “sürpriz”lərdən necə qorunaq? - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 535 baxış
“Şamaxinka”da beş marşrut yeni dayanacaqlardan hərəkət edəcək - Baku TV

“Şamaxinka”da beş marşrut yeni dayanacaqlardan hərəkət edəcək - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 535 baxış
“Şamaxinka”da hansı marşrutlar yeni dayanacaqlardan hərəkət edəcək? - Baku TV CANLI

“Şamaxinka”da hansı marşrutlar yeni dayanacaqlardan hərəkət edəcək? - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 535 baxış
Seçilmişlər
icon