Pleyeri seçin:

Ekspert: Hava limanını AZAL-dan ayırmaq lazımdır

04 sentyabr 2023 341 baxış

Azərbaycanda aviabiletlərin qiymətlərinin region ölkələri ilə müqayisədə baha olması uzun illərdir müzakirə mövzusudur.

Xüsusilə də quru sərhədlərin bağlı olduğu hazırkı dövrdə yüksək qiymətlər əhalinin xaricə gediş-gəliş xərclərini artırmaqla yanaşı, ölkədə turizmin inkişafı üçün də əngəl yaradır.

Problemin ciddiliyini nəzərə alan deputatlar məsələni dəfələrlə parlamentdə də gündəmə gətiriblər. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc 2022-ci ilin noyabrındakı çıxışında AZAL-ın borcuna diqqət çəkərək onun dövlətin iqtisadi təhlükəsizliyini təhdid etdiyini bildirmişdi.

Qeyd etmək lazımdır ki, AZAL Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı müvafiq Sərəncamla Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Ölkə başçısının sentyabrın 1-də imzaladığı digər Sərəncam ilə isə Cahangir Əsgərov AZAL-ın prezidenti vəzifəsindən azad edilib. Quruma prezident təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayevə həvalə olunub.

Bəs rəhbərliyin dəyişməsi qurumun bundan sonrakı fəaliyyətinə necə təsir edəcək? AZAL-da hansı yeniliklər gözlənilir?

İqtisadçı Əkrəm Həsənov mövzu ilə bağlı bildirib ki, vətəndaşlar yeni rəhbərliyin gəlişi ilə aviabiletlərin qiymətlərinin enəcəyini gözləyirlər.

Ekspert qiymətlərin yüksək olmasının səbəbini də izah edib: “Azərbaycanda qiymətlərin yüksək olmasının əsas səbəbi odur ki, AZAL həm aviaşirkətdir, həm də hava limanını idarə edir. Əslində, belə olmalı deyil. Düşünürəm ki, hava limanını AZAL-dan ayırmaq lazımdır. Əks halda AZAL həmişə inhisarçı mövqeyindən sui-istifadəyə cəhd edəcək”.

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 341 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 341 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 341 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 341 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 341 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 341 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 341 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 341 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 341 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 341 baxış
Seçilmişlər
icon