Ermənistanın hərbi obyektlərinin məhv edilmə anı
“Caliber” Azərbaycan ordusunun düşmən mövqelərinə zərbələr endirilməsinə dair yeni görüntülər paylaşıb.
Görüntülərdən aydın olur ki, Basarkeçər rayonunun Zod istiqamətində düşmənin hərbi infrastrukturu dəqiq zərbələrlə məhv edilir. Belə görünür ki, Brüsseldə keçirilməsi planlaşdırılan üçtərəfli görüş ərəfəsində Nikol Paşinyan 2020-ci ilin iyulunda Tovuz istiqamətində törədilən təxribatı təkrarlamaq qərarına gəlib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbçisi Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub. Həmçinin mayın 10-u axşam saatlarında Ermənistanın törətdiyi daha bir təxribat nəticəsində Ordumuzun digər hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ordumuzun bölmələri qəti cavab tədbirləri görür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Ermənistan silahlı qüvvələrinin bölmələri təxribatlarını genişləndirmək məqsədilə iriçaplı silahlar və minaatanlardan istifadə etməklə mövqelərimizi atəşə tutmağa davam edir. Qəsdən törədilən bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
#Ermənistan teqi istifadə olunub
- Ermənistan dəmir yollarının idarə olunması Putinlə görüşdə əsas gündəm olacaq? - Baku TV CANLI
- Ermənistanın baş naziri Hessen Sülh Mükafatına layiq görülüb - ANA XƏBƏR
- Ermənistanı yeni qarşıdurmaya kim sürükləyir? - AKTUAL GÜNDƏM
- Paşinyanın Azərbaycana sülh mesajları ilə Ermənistanın iddiaları niyə toqquşur? - Baku TV
- Qondarma rejimi ləğv edən fərman yenidən gündəmdə | Sənəddə nələr qeyd olunub? - Baku TV
