Pleyeri seçin:

“Hamısı yanıb gedib” | Qubalı fermerlər çıxılmaz vəziyyətdə qaldı - Baku TV

02 iyun 2026 332 baxış

Aprel-may aylarında havaların qeyri-sabit keçməsi və yağan leysan yağışlar Quba rayonundakı bir sıra gilas bağlarına ciddi ziyan vurub.

Yetişməkdə olan məhsulun böyük hissəsi ağacların üzərində məhv olub.

“Dərmana, qulluğa xeyli xərc çəkmişik, zəhmət sərf etmişik. Amma həm zəhmətimiz, həm də pulumuz batır. Ortada nəticə yoxdur. Əvvəllər bir ağacdan 100-120 kiloqram gilas yığırdıq. İndiki vəziyyətdə isə bu ağacdan heç 15-20 kiloqram məhsul götürmək mümkün deyil”, – deyə fermerlərdən biri bildirib.

“İstər yerli, istərsə də xarici sortlar olsun, demək olar ki, heç birində məhsul yoxdur. May gilası artıq tarixə qovuşub. Elə fermerlər var ki, kredit götürüblər, bağların becərilməsi, dərmanlanması, gübrələnməsi və digər qulluq işləri üçün əlavə vəsait tapmaqda çətinlik çəkirlər. Bu vəziyyətdə kreditlərini ödəmələri də mümkün görünmür. Təkcə mənim zərərim ən azı 20 min manatdır. Bağlarımızı sığortalamamışıq. Belə davam etsə, gələcəkdə sığorta etdirməkdən başqa çıxış yolu qalmayacaq”, – deyə digər fermer qeyd edib.

Mütəxəssislər isə fermerlərə mümkün risklərin qarşısını almaq üçün bağlarını vaxtında sığortalamağı tövsiyə edirlər.

Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi

Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi

Cəmiyyət
22 sentyabr 2026 332 baxış
"Sərhəddə saxladılar ki..." | Gözdən əlil şəxs 10 il sonra niyə hərbi xidmətə çağırılıb? - Baku TV

"Sərhəddə saxladılar ki..." | Gözdən əlil şəxs 10 il sonra niyə hərbi xidmətə çağırılıb? - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 332 baxış
284 nömrəli məktəbin həyətində dözülməz vəziyyət | Problem niyə həll olunmur? - Baku TV

284 nömrəli məktəbin həyətində dözülməz vəziyyət | Problem niyə həll olunmur? - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 332 baxış
Paytaxtda aparılan qazıntılar yollarda əlavə sıxlıq yaradıb - Baku TV CANLI

Paytaxtda aparılan qazıntılar yollarda əlavə sıxlıq yaradıb - Baku TV CANLI

Cəmiyyət
22 sentyabr 2026 332 baxış
Yerli əhalisinin iki dəfə qovulduğu Azərbaycan kəndi Şəkinin tarixi

Yerli əhalisinin iki dəfə qovulduğu Azərbaycan kəndi Şəkinin tarixi

Cəmiyyət
22 sentyabr 2026 332 baxış
Yollarda təmir başladı, tıxac artdı | Nəsimi rayonunda sakinlər çətin durumda - Baku TV

Yollarda təmir başladı, tıxac artdı | Nəsimi rayonunda sakinlər çətin durumda - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 332 baxış
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla ailələr yola salındı - Baku TV

Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla ailələr yola salındı - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 332 baxış
Yararsız yollar, qaranlıq küçələr | Problem niyə həll edilmir? - Baku TV CANLI

Yararsız yollar, qaranlıq küçələr | Problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
22 sentyabr 2026 332 baxış
“Adamın ağlamağı gəlir” | Sakinlər imdad dilədi | “Çörək almaq üçün 5 küçə keçirəm” - Baku TV

“Adamın ağlamağı gəlir” | Sakinlər imdad dilədi | “Çörək almaq üçün 5 küçə keçirəm” - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 332 baxış
Bakıda keçiriləcək sərgidə dünyanın müdafiə sənayesi şirkətləri toplaşacaq - Baku TV

Bakıda keçiriləcək sərgidə dünyanın müdafiə sənayesi şirkətləri toplaşacaq - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 332 baxış
Seçilmişlər
icon