Pleyeri seçin:

İdman zalında ölüm hallarının səbəbi görün nədir | "Bunların ciddi fəsadları var!" - Baku TV

04 mart 2026 397 baxış

İdman zallarında baş verən ani ölüm halları cəmiyyətdə ciddi narahatlıq doğurur.

Sağlam həyat tərzi məqsədilə idmana başlayan bəzi insanlar üçün bu məkan bəzən faciə ilə nəticələnir.

Bir neçə gün öncə Masallı rayonunda yerləşən idman kompleksində halı pisləşən Səbuhi Abbasovun vəfat etməsi bu narahatlığı yenidən gündəmə gətirib.

Müxtəlif vaxtlarda və fərqli məkanlarda qeydə alınan oxşar hadisələr sual yaradır. İdman zallarında belə halların yaşanmasına səbəb nədir?

Tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov deyir ki, bunun əsas səbəbləri gərgin yüklənmə, susuzluq və ürək-damar sistemi problemləridir:

“Eyni zamanda qeyd etmək lazımdır ki, idmanla məşğul olan idmançılar protein məhsulları qəbul edirlər. Lakin problem keyfiyyətsiz proteinlərdə və onların içərisindəki metal qarışıqlarında, həmçinin digər komponentlərdədir ki, bu da orqanizmə toksik təsir göstərir. Bu həm qaraciyər, həm də böyrəklər üçün zərərli olur. Eyni zamanda ürəyin funksiyasını da poza bilər. Bu zaman ürək əzələsi qalınlaşır. Oruc tutarkən bədəndə mineral itkisinin qarşısını almaq üçün gərgin yüklənmələrdən uzaq durmaq vacibdir”.

Mütəxəssislər bildirirlər ki, idman sağlamlıq olsa da, nəzarətsiz və tibbi yoxlanış olmadan edilən məşqlər ciddi risk yaradır. Bu gün idman zallarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, tibbi nəzarətin təmin olunması və vətəndaşların maarifləndirilməsi zərurətə çevrilib.

Bakıda bəzi məktəblərdə dərslər müvəqqəti olaraq distant formada keçiriləcək - Baku TV CANLI

Bakıda bəzi məktəblərdə dərslər müvəqqəti olaraq distant formada keçiriləcək - Baku TV CANLI

Cəmiyyət
22 sentyabr 2026 397 baxış
Gecələr kuryer işləyən Nəsibə ölü bildiyi anasının sağ olduğunu necə öyrəndi? - ARZUNUN VAXTI

Gecələr kuryer işləyən Nəsibə ölü bildiyi anasının sağ olduğunu necə öyrəndi? - ARZUNUN VAXTI

Cəmiyyət
22 sentyabr 2026 397 baxış
Sərnişinlərə şad xəbər | Bu stansiyalara giriş nə qədər müddət ödənişsiz olacaq? - Baku TV

Sərnişinlərə şad xəbər | Bu stansiyalara giriş nə qədər müddət ödənişsiz olacaq? - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 397 baxış
"Qaranlıqda lap pisdir" | Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət - Baku TV

"Qaranlıqda lap pisdir" | Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 397 baxış
"2-ci partlayış məni dərəyə atdı" | Savaşda ayaqlarını itirən qazi yaşadıqlarını danışdı - Baku TV

"2-ci partlayış məni dərəyə atdı" | Savaşda ayaqlarını itirən qazi yaşadıqlarını danışdı - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 397 baxış
Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi - Baku TV CANLI

Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi - Baku TV CANLI

Cəmiyyət
22 sentyabr 2026 397 baxış
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi

Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi

Cəmiyyət
22 sentyabr 2026 397 baxış
"Sərhəddə saxladılar ki..." | Gözdən əlil şəxs 10 il sonra niyə hərbi xidmətə çağırılıb? - Baku TV

"Sərhəddə saxladılar ki..." | Gözdən əlil şəxs 10 il sonra niyə hərbi xidmətə çağırılıb? - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 397 baxış
284 nömrəli məktəbin həyətində dözülməz vəziyyət | Problem niyə həll olunmur? - Baku TV

284 nömrəli məktəbin həyətində dözülməz vəziyyət | Problem niyə həll olunmur? - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 397 baxış
Paytaxtda aparılan qazıntılar yollarda əlavə sıxlıq yaradıb - Baku TV CANLI

Paytaxtda aparılan qazıntılar yollarda əlavə sıxlıq yaradıb - Baku TV CANLI

Cəmiyyət
22 sentyabr 2026 397 baxış
Seçilmişlər
icon