Pleyeri seçin:
İlaxır çərşənbə Laçında böyük coşqu ilə qeyd edilib
Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi Laçında təntənə ilə qeyd edilib.
Bayram tədbirində Laçında ərsəyə gələn məhsullar və sakinlərin əl işləri sərgilənib, milli adətlərimizə uyğun müxtəlif əyləncəli proqramlar nümayiş olunub.
Tədbirdə Laçın sakinləri, rəsmi şəxslər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Şənlik çərçivəsində maraqlı müsabiqələr, hədiyyəli yarışmalar və rəngarəng konsert proqramı təşkil olunub.
Şənlik iştirakçıları Novruz tonqalını alovlandıraraq əzəmətli “Yallı” rəqsi ilə bayramı yüksək əhvali-ruhiyyədə qeyd ediblər.
Kopyalandı
#Laçın teqi istifadə olunub
- Qısqanclıq faciəyə çevrildi | Təqsirləndirilən qardaşa ağır cəza - Baku TV
- "Şükürlər olsun ki, övladım burada oxuyur" | Bilik Günü Laçında coşqu ilə qeyd olunur - Baku TV
- Laçında dəhşətli hadisə | Müğənninin qətli ilə bağlı qandonduran iddialar - Baku TV CANLI
- Məhkəmədə qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsə ağır cəza istənildi - Baku TV
- "Öz hesabımıza daş tökdük ki..." | Həkəri çayına müdaxilə edilib? - Baku TV
