Pleyeri seçin:

İlham Əliyev "Xocəsən" stansiyasının açılışında

23 dekabr 2022 450 baxış

Prezident İlham Əliyev dekabrın 23-də Bakı Metropoliteninin “Xocəsən” stansiyasının və “Xocəsən” elektrik deposunun açılışında iştirak edib.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov Prezident İlham Əliyevə stansiyada və depoda görülən işlər barədə məlumat verib.

Bildirilib ki, “Xocəsən” stansiyası Bənövşəyi xətt üzərində yerləşən dördüncü stansiyadır. Kompleksin ümumi sahəsi 4200 kvadratmetr, stansiya platformasının uzunluğu 144 metrdir. Stansiya Lökbatan qəsəbəsi və “Sədərək” Ticarət Mərkəzi istiqamətindən hərəkət edən vətəndaşların nəqliyyat problemlərinin aradan qaldırılmasında mühüm rol oynayacaq.

Qeyd olunub ki, “Xocəsən” elektrik deposu Bakı Metropoliteninin sayca ikinci deposudur və 24 hektardan çox ərazini əhatə edir. Üç mərhələdən ibarət inşaat layihəsinin hazırda birinci mərhələsi istifadəyə verilib.

“Xocəsən” elektrik deposunda iki içməli su anbarı, iki yanğın su anbarı, üç baxış qanovu və xidməti otaqlar, qatarların hərəkətini idarə etmək üçün blok-post, elektrik yarımstansiyası, təmir və texniki baxış infrastrukturu yaradılıb. Daha iki mərhələ üzrə işlər xəttin yeni stansiyaları və tunelləri inşa olunduqca tələbata uyğun görüləcək.

Banner
“Maşınla gətirib tökürlər, izləyə bilmirik ki...” | Digah sakinlərini bezdirən durum - Baku TV

“Maşınla gətirib tökürlər, izləyə bilmirik ki...” | Digah sakinlərini bezdirən durum - Baku TV

Cəmiyyət
12 noyabr 2026 450 baxış
Pirşağı sakinləri yol üzündən çətinlik çəkir

Pirşağı sakinləri yol üzündən çətinlik çəkir

Cəmiyyət
12 noyabr 2026 450 baxış
“Bədbəxt günə qoydular, danışanda “demaqoq” deyirlər!” | Sakinləri özündən çıxaran problem - Baku TV

“Bədbəxt günə qoydular, danışanda “demaqoq” deyirlər!” | Sakinləri özündən çıxaran problem - Baku TV

Cəmiyyət
12 noyabr 2026 450 baxış
“Bu artan əhalini yedizdirmək üçün...” | Bəh-bəhlə yediyimiz meyvə-tərəvəz əvvəlki kimi deyil?

“Bu artan əhalini yedizdirmək üçün...” | Bəh-bəhlə yediyimiz meyvə-tərəvəz əvvəlki kimi deyil?

Cəmiyyət
12 noyabr 2026 450 baxış
“Bax bu gəncəli arvad zəbt edib” | Nəsimi sakini təşvişdə | “Dedi, mən buyam, əcəb edirəm” - Baku TV

“Bax bu gəncəli arvad zəbt edib” | Nəsimi sakini təşvişdə | “Dedi, mən buyam, əcəb edirəm” - Baku TV

Cəmiyyət
12 noyabr 2026 450 baxış
Qafqaz Müsəlmanları İdarəsi keçirilən tədbiri vandalizm adlandırıb

Qafqaz Müsəlmanları İdarəsi keçirilən tədbiri vandalizm adlandırıb

Cəmiyyət
12 noyabr 2026 450 baxış
Müstəqil Azərbaycan Konstitusiyasının qəbulundan 31 il ötür - Baku TV

Müstəqil Azərbaycan Konstitusiyasının qəbulundan 31 il ötür - Baku TV

Cəmiyyət
12 noyabr 2026 450 baxış
Saxta cərimə mesajları yayılır | Kart məlumatlarınızı necə qoruya bilərsiniz? - Baku TV

Saxta cərimə mesajları yayılır | Kart məlumatlarınızı necə qoruya bilərsiniz? - Baku TV

Cəmiyyət
12 noyabr 2026 450 baxış
2027-ci il üçün yaşayış minimumu nə qədər olacaq? - Artım göstəricisi qənaətbəxşdir? - Baku TV

2027-ci il üçün yaşayış minimumu nə qədər olacaq? - Artım göstəricisi qənaətbəxşdir? - Baku TV

Cəmiyyət
12 noyabr 2026 450 baxış
Sükan arxasında canlı yayım | Sürücülərin diqqətsizliyi ağır qəzalara yol açır? - Baku TV

Sükan arxasında canlı yayım | Sürücülərin diqqətsizliyi ağır qəzalara yol açır? - Baku TV

Cəmiyyət
12 noyabr 2026 450 baxış
Seçilmişlər
icon