İnsan sağlamlığına təhlükə : Turanqa ağacı
Yeniliklərdən dərhal xəbərdar olun
Yay fəslinin astanasında olduğumuz bir vaxtda Sumqayıtın bəzi prospekt və küçələri ağ örpəyə bürünüb.
Kadrlara baxanlar elə təsəvvür edə bilərlər ki, qar yağır. Bu ağ örpəyi yaradan isə Cənubi Qafqaz qovağı kimi tanınan “Turanqa” ağaclarıdır. Yaz aylarında bu ağacların tozcuqları astma və allergik xəstəlikləri olanlara mənfi təsir edir.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, 2019-cu ildə sakinlərin şikayət ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib.
Ümumi rəyə əsasən müxtəlif ərazilərdə allergiyaya səbəb olan ağacların bir hissəsi çıxarılaraq şəhərdən kənara aparılıb. Onların yerinə başqa ağaclar əkilib. Şəhər ərazisində az sayda bu cür ağaclar qalıb. Aidiyyəti qurumlarla birgə məsələ müzakirə olunacaq və müvafiq tədbirlər görüləcək.
#Sumqayıt teqi istifadə olunub
- Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI
- Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
