İşğaldan azad olunmuş ərazilərə getmək istəyənlərin diqqətinə | İcazələr daha da asanlaşdı
Daxili İşlər Nazirliyi vətəndaşların rahatlığını və dövlət xidmətlərindən istifadədə məmnunluğunu artırmaq məqsədilə "E-Polis" mobil tətbiqi davamlı olaraq təkmilləşdirir.
Bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, artıq bu yeniliklər sayəsində işğaldan azad olunan bölgələrə səfərlərdə icazə prosesi daha sürətli və rahat təşkil olunur:
"Mobil tətbiqə yeni əlavə edilən funksiya vasitəsilə Qarabağa getmək üçün icazəni elektron qaydada ala bilərsiniz. Bunun üçün tətbiqə daxil olub ana səhifədəki "Qarabağa icazə" və ya "Xidmətlər" siyahısından "İşğaldan azad olunmuş ərazilərə buraxılış icazəsinin alınması" xanasını seçirsiniz. Açılan pəncərədə "Müraciət et" düyməsini sıxdıqdan sonra bildirişlərin sizə vaxtında çatması üçün əlaqə vasitələrinizi daxil edirsiniz. Növbəti mərhələdə səfər etmək istədiyiniz əraziləri və tarixləri seçirsiniz. Nəzərə alın ki, icazə maksimum 5 gün müddətinə verilir".
Məlumata görə, səfər zamanı istifadə edəcəyiniz avtomobilin dövlət qeydiyyat və şəhadətnamə nömrələri tətbiqə daxil edildikdən sonra nəqliyyat vasitənizdəki oturacaq yerindən asılı olaraq maksimum 9 nəfərin getməsinə icazə veriləcək:
"Onu da nəzərinizə çatdıraq ki, sərnişinlər həm yerli, həm də müvafiq sənədləri olan əcnəbi vətəndaşlar ola bilərlər. Ən sonda məlumatları yoxlayıb "Təsdiqlə" düyməsini sıxmaqla müraciətinizi tamamlaya bilərsiniz. Bildirişlər şəxsi elektron kabinetiniz varsa birbaşa ora, yoxdursa SMS vasitəsilə mobil nömrənizə göndəriləcək".
#Qarabağ teqi istifadə olunub
- Azad edilmiş ərazilərdə həyat addım-addım bərpa olunur
- Qələbədən sonra azad olunan torpaqlarda hansı böyük dəyişikliklər baş verdi? - Baku TV
- Qarabağ və Şərqi Zəngəzurda yeni dövr | "AzerGold"un İdarə Heyətinin sədrindən açıqlama - Baku TV
- Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla ailələr yola salındı - Baku TV
- 30 illik qarşıdurmaya son qoyan əməliyyatın hərbi anatomiyası - QARABAĞ XRONİKASI
