Pleyeri seçin:
Kürdəmirdə dabaq xəstəliyi ağartı məhsullarının qıtlığına səbəb oldu
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmir rayonunda mal-qara arasında yayılan dabaq xəstəliyi bazarlarda süd və süd məhsullarının kəskin qıtlığına səbəb olub. Artıq 15-20 gündür davam edən problem nəticəsində satıcılar ağartı məhsullarının, xüsusilə süd və qatığın "yox səviyyəsində" olduğunu bildirirlər. Əvvəllər gün ərzində 10-15 balon məhsul gələn bazarlarda indi cəmi 3 balon qatıq tapılır. Kürdəmir Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi vəziyyətlə bağlı təsərrüfatçılarla görüşlər keçirdiyini və bazarlarda dezinfeksiya işləri aparıldığını bəyan edib. Qurum həmçinin xəstəliyin insanlara yoluxma ehtimalının çox az olduğunu bildirərək əhalini sakitləşdirib.
Kopyalandı
#Kürdəmir teqi istifadə olunub
- "Qışın günüdür, bu qədər külfəti hara töküm?" - Kürdəmirdə ev külə döndü, ailə çöldə qaldı - Baku TV
- “Ürəyim ağrıyır, həyəcan keçirirəm, ay Allah!” | Kürdəmirdə sakinlər imdad dilədi - Baku TV
- Kürdəmirdə magistral su xəttinin partlaması 6 kəndi susuz qoydu - Baku TV
- Kürdəmirdə minlərlə sakin su axtarışında: problem nə vaxt həll olunacaq? - Baku TV CANLI
- Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV
