Milli Qəhrəman Alı Mustafayevin qəhrəmanlıq yolunu əks etdirən “Alı Zirvəsi” filminin təqdimatı
Yeniliklərdən dərhal xəbərdar olun
Qarakənd faciəsindən 35 il ötür.
Xatırladaq ki, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Azərbaycanın dövlət və hökumət nümayəndələrinin, jurnalistlərin, eləcə də Rusiya və Qazaxıstandan olan müşahidəçilərin olduğu hərbi helikopterimiz vurularaq qəzaya uğrayıb və nəticədə, 22 nəfər həyatını itirib. Onlardan biri də şəhid Milli Qəhrəman Alı Mustafayevdir.
Qeyd edək ki, o, tanınmış telejurnalist və şair idi. 1990-cı illərin hadisələrinin işıqlandırılmasında mühüm rol oynayıb. Fədakar qəhrəmanın düşmənə qarşı silahı isə qələmi və mikrofonu idi. Noyabrın 20-də Azərbaycan Kinematoqrafçılar İttifaqında “Alı Zirvəsi” adlı sənədli filmin nümayişi keçirilib.
Alı Mustafayev erməni işğalçılarının Azərbaycana hücumu dövründə Qarabağın qaynar nöqtələrindən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla xalqın rəğbətini qazanıb.
Film cəbhə bölgəsindən hazırladığı reportajlarla müharibənin acı reallıqlarını işıqlandıran Milli Qəhrəmanın gələcək nəsillərə tanıdılması baxımından əhəmiyyət daşıyır.
