“Valideyn dünyasını dəyişəndən sonra kimi itirdiyini anlayırsan” | 40 illik tamadanın həyat hekayəsi
Yeniliklərdən dərhal xəbərdar olun
“O vaxtlar” verilişinin budəfəki qonağı Masallı sakini, 40 il toy məclislərində aparıcılıq etmiş Allahşükür Zeynalov olub.
Allahşükür Zeynalov verilişdə Kolatan kəndindəki ata yurdundan, ailə xatirələrindən, keçmiş toy adətlərindən, həyatın mənasından və insan münasibətlərindəki dəyişikliklərdən danışıb.
40 il toy məclislərini idarə edən müsahib keçmişdə toyların öz qanun-qaydaları və adətləri olduğunu vurğulayıb, həmçinin pulun yerə səpilməsinə və cırılmasına qarşı sərt mövqeyini bölüşüb:
“1992-ci ildə oğlumun toyunda yağış yağırdı, pullar yerə tökülür, palçığa, ayaqqabılara yapışırdı. Bu mənə çox pis təsir etdi, axı pul bərəkətdir. Başqa bir toyda isə bir nəfər əlindəki pulu tikə-tikə edib başqasının başına səpdi. Musiqini saxlatdım, dedim, o pulları yığ, cibinə qoy. Etiraz etdi, çıxartdım çölə, sonra pulu yığdırdım, dedim, bir kisə un al, kasıb qapısına qoy”.
Müsahib əvvəlki dövrlərdə kənddə və qonşular arasında səmimiyyətin, yardımlaşmanın güclü olduğunu, lakin son illərdə bu doğmalığın azaldığını qeyd edib:
“Keçmişdə qonşuların çəpəri belə olmazdı, hamı bir-birinin həyətinə girərdi, gecələr oturub söhbət edərdilər. İndi doğma qardaş qardaşı, bacı qardaşı axtarmır. Hətta elə hallar görmüşəm ki, övlad valideyninin nə dəfninə, nə də cümə axşamına gəlib, amma ehsan pulunu istəyib”.
#O vaxtlar teqi istifadə olunub
- "Söz insanı həm güldürür, həm kədərləndirir" | Novxanı sakininin düşündürən həyat hekayəsi
- "Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR
- "Gərək arvadın sözünə 30 faiz qulaq asasan" | "Bərk vurub dedi ki, mənə elçi göndərmisən?"
- "Qayınanam "kapriznıy" idi, kaş başqa cür danışardım" | "Uşaq qız olanda ağız büzürdülər"
- “Bu dövrdə kim anasına baxır?!” | “Atasını güllələdilər, qayınanam da 114 yaşında...” - O VAXTLAR
